Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Oyunlarından sonrakı proqnozlar niyə ləngiyir?


Ekspertlər bildirirlər ki, durğunluq optimist olmağa əsas vermir...


İlin əvvəlkindən hər kəs ölkədə keçiriləcək Avropa Oyunlarına köklənmişdi. Cəmiyyətin və ekspertlərin oyunlardan sonra ciddi hadisələr baş verəcəyinə dair gözləntiləri vardı. Pozitiv və müsbət olmayan proqnozlar haqda oyunlar ərəfəsində çox danışıldı. Məsələn, biznes mühitinin yaxşılaşacağı, islahatlar aparılacağı, habelə yeni siyasi həbslərin, müxalifət düşərgəsinə təhdidlərin olacağına dair müxtəlif fikirlər səsləndirilirdi.

Həmçinin milli valyutanın daha da dəyərdən düşəcəyi ehtimalları vardı. Ancaq oyunlardan keçən müddətdə hələ ki bu, baş verməyib. Ekspertlər isə bildirirlər ki, durğunluq optimist olmağa əsas vermir.     

Ekspert Ərəstun Oruclu bildirir ki, əslində proqnozlar özünü doğrultmadı demək olmaz: “Çünki bu gün biz müxtəlif formalarda təzyiqlər görürük. Kimlərinsə ailə üzvlərinə təzyiqlər, kimlərinsə özlərinə təzyiqlər olur. Xüsusi bir aqressivləşmə görünməsə də, xəttin davamını görürük. Onu görürük ki, ölkə əslində iqtisadi böhrana doğru gedir. İqtisadi böhrandan çıxmağın heç də iqtisadi yolları araşdırılmır. Başqa bir tərəfdən də Azərbaycanın ünvanına artıq terrorçu təşkilatlar, məsələn, İŞİD tərəfindən təhdidlər səsləndirilir. Yəni hər halda, gördüyümüz proses budur ki, Avropa Oyunlarından sonra müsbət tendensiyalar müşahidə olunmur. Ayrı ciddi bir gözlənti yoxdur ki, tutaq ki, iqtisadiyyatda liberallaşma gedəcək, islahatlar aparılacaq və sair. Şəxsən mən bunu gözləmirəm”.

Ekspert Natiq Cəfərlinin sözlərinə görə, əslində proqnozlar müxtəlif idi: “Əks proqnozlar da var idi ki, oyunlardan sonra yumşalma da ola bilər, müəyyən açıqlıq da ola bilər, müəyyən addımlar da atıla bilər. Amma heç bir yöndə dəyişiklik ciddi şəkildə olmadı. Bir neçə xoşagəlməz hadisələr baş verdi. Emin Milli və digər müxalifətçilərin qohumları ilə bağlı bəzi xoşagəlməz hadisələr baş verdi. Ancaq proqnozlaşdırılan ciddi repressiyalar olmadı. Şükür ki, olmadı, yaxşı ki, olmadı. Çünki Azərbaycanda indi elə bir vəziyyətdir ki, repressiyalarla ölkədəki vəziyyəti həll etmək mümkün olmayacaq. Yəni ölkədə ciddi real hadisələr var və onun səbəbi heç də insanların nəsə yazmağı, nəsə danışmağı deyil. Amma çox təəssüf ki, əks proses də olmadı. Oyunlardan sonra bəziləri düşünürdü ki, yumşalma müşahidə oluna bilər, məhbusların azadlığa çıxması məsələsi həll oluna bilər, islahatlarla bağlı müəyyən addımlar atıla bilər. Hətta hökumətdə müəyyən dəyişikliklər ola bilər, bəzi nazirliklərin birləşdirilməsi və məmurların işdən getməsi ola bilər. Öz işini yaxşı apara bilməyən, bacarmayan məmurların işdən getməsi baş verə bilər. Bunlar da olmadı. Hələlik oyunlardan əvvəlki status-kvo qorunub saxlanılır. Cəmiyyətdə belə bir müəyyən dərəcədə gərginlik də bununla bərabər qorunub saxlanılır. Cəmiyyətin düşünən insanları, aktiv olan insanları, gündəlik siyasi, ictimai, iqtisadi hadisələrlə maraqlanan insanlar düşünürlər ki, proseslər hansı yöndə gedir və inkişaf ola bilər, ölkədə hansı islahatlar baş verəcək? Çünki ölkədə ciddi şəkildə problemlər var. Problemlər də getdikcə artır. Həm makroiqtisadi göstəricilərdə, bank sektorunda problemlər var. 

Pis gözləntilərin olmaması təqdirəlayiq haldır. Amma təəssüf ki, yaxşı gözləntilər də olmadı. Yaxşı olardı ki, yaxşı proqnozlar özünü doğruldaydı. Hökumət nəhayət ki, müəyyən addımlar ataydı, vəziyyəti yumşaldardı. Müəyyən islahatlar üçün komissiya qurulardı, diskussiyalar başlanardı. Ən azından Rusiyadakı və Qazaxıstandakı olan ortama bənzər bir ortam formalaşardı. Çünki RusiyaQazaxıstanda son vaxtlar bir neçə nazirliklərin yanında, hətta prezident yanında ictimai şuralar fəaliyyətə başlayıb və ciddi müzakirələr gedir. Hətta ölkədə prezidenti, baş naziri, nazirləri açıq efirdə tənqid edəcək qədər canlı yayımlarda müzakirələr təşkil olunur. 

Bunun özü Azərbaycan üçün də bir siqnal olmalıdır ki, Azərbaycanda da müəyyən dərəcədə disskussiyalara start verilməlidir. Ölkənin köklü problemləri müzakirə olunmalıdır. Bu problemdən çıxış yolları haqqında fikri ola bilən, bir qatqısı ola bilən, müəyyən dəyərli təklifi ola bilər insanların müəyyən fikir fırtınasını təşkil etmək lazımdır. Amma status-kvo davam edir. Oyunlardan əvvəlki və sonrakı vəziyyət ciddi şəkildə fərqlənmir. Yeganə fərq iqtisadi vəziyyətin getdikcə daha sürətlə ağırlaşmasıdır”. 

Ekspert Avropa Oyunlarından sonra manatın devalvasiyası ilə bağlı proqnozların da özünü doğrultmamasının səbəblərini açıqlayıb: “Oyunlardan öncə panik vəziyyət yarananda, əhali əlindəki manatı dollara çevirdi. Kimin əlində sərbəst manat kütləsi var idisə, ya devalvasiyadan öncə, ya sonra kütləvi şəkildə dollara dəyişdi. Əsasən də insanların hətta əmanətlərinin böyük hissəsi dollara çevrildi, əmanətlər az qala iki dəfəyə yaxın artdı. Manatdan dollara keçid iki dəfəyə yaxın artdı. Bu da bir doyumluq yaratdı bazarda. Ona görə də manata olan təzyiqlər müəyyən dərəcədə azaldı. Bundan əlavə, oyunlardan sonrakı bir ayda neftin qiymətləri də kifayət qədər yüksək səviyyədə idi. Neftin qiyməti qalxmışdı. Bu da ölkəyə daxil olan valyutanın həcmini təbii ki, artırırdı. Bu da Mərkəzi Bankın əlini rahatladırdı. Manata olan basqılar müəyyən dərəcədə aradan qalxırdı. 

İndi isə görünən odur ki, iyulun əvvəllərindən başlayaraq, əsas da İranla ”altılıq" anlaşmasından sonra dünya bazarında neftin qiyməti təqribən 16 faiz düşüb. Bu günə 51 dollar civarındadır. Yəni ciddi şəkildə enmə var qiymətlərdə. Bunun özü manata getdikcə basqıları artıracaq. Bu da özünü bəzi məsələlərdə büruzə verir. Bank sektorunda baş verənlər, böhranlı vəziyyət, bir neçə bankın bağlanması, bank olmayan kredit təşkilatları ilə bağlı problem bunu deməyə əsas verir. Görünən odur ki, Azərbaycan iqtisadiyyatında fundamental problemlər yerindəcə qaıb. Sadəcə, müəyyən addımlarla hökumət müəyyən problemləri qısamüddətli həll etməyə qadirdir. Bunun üçün Azərbaycanın hələ də kifayət qədər resursları var. Amma orta və uzun vədədə problemlər özünü mütləq büruzə verəcək və bunun həlli üçün ciddi islahatlardan başqa yol yoxdur". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar