Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa oyunları ilə Asiyaya inteqrasiya



Avropa oyunları keçirilən vaxt (iyunun 12-dən 28-dək) toy mərasimlərinin təşkil edilməsinə qadağa qoyulması barədə xəbər qədrbilən xalqımızın vecinə də deyil


Əlbəttə, burada hələ keçən ildən toyunu iyun ayına salanlar və oturub həsrətlə o günü gözləyənlər istisnadır. Onlar təbii olaraq qəzəblidirlər, hesab edirlər ki, bu, sevən gənclərə qarşı haqsızlıqdır.

Gerçəkdən də elədir. Gənc adam neçə vaxtdır, gözləyir. Tərs kimi, Ramazan, Məhərrəm və Səfər aylarına düşməyəndə iyun ayı toy mövsümünün başlanğıc ayı sayılır və bu ayda çadlıq saraylarında boşdayanma olmur. Çünki xalqımız ta sovet dövründən bəri may ayında toy eləmir, ya aprelə, ya da iyuna salır. Bu il isə iyul ayı Ramazana düşür deyə toy mövsümünün pik ayı iyun olacaqdı, o da gəldi Avropa oyunlarının badına getdi. 

Deyirlər, bu islahat şəhərdə tıxacların qarşısını almaq üçün düşünülüb. Çünki iyunda Avropanın 47 ölkəsindən idmançılar, turistlər, azarkeşlər axışıb paytaxtımıza gələcəklər, sıxlıq yaradacaqlar, elə olmalıdır ki, biz aborigenlər onların əl-ayağına dolaşmayaq, hörmətli qonaqlara narahatlıq yaratmayaq. 

Elə tələbələri də iyuna qədər imtahan sessiyasına cəlb edib rayonlarına yola salacaqlar ki, onlar da bir tərəfdən yolda-rizdə, ictimai nəqliyyatda-filanda basırıq yaratmasınlar. 
Bir sözlə, şəhər bir aylığına mümkün qədər boşaldılmalı və əcnəbilərin öhdəsinə verilməlidir.
Olsun, olsun, nə demək olar? İllərdir demirdikmi Avropaya inteqrasiya olunmalıyıq, qaynayıb-qarışmalıyıq? Gün o gündür. Son illərdə, maşallah, avropalıların ölkəmizə gəliş-gedişi xeyli artıb - beynəlxalq konfransları, simpoziumları, forumları, idman yarışlarını, “Eurovision” kimi tədbirləri ard-arda calayırıq ki, gəlib-gedənimiz çox olsun, aeroportumuz işləsin, Dədə Qorqud demişkən, atlarımız kişnəsin, bulaqlarımız çağlasın, ocağımız tüstülənsin və s. 

Düzü, o cür beynəlxalq tədbirlərin heç birinin xalqın dolanışığına, gün-güzəranına elə də isti-soyuğu olmur. Bircə o maşın ötüşdürən və motosiklet sürənlərin yarışması hamının zəhləsini tökür. Hələ arada velosipedçilər də gəlir, ləhləyə-ləhləyə ortalığı qarışdırırlar. Onlardan hamının zəhləsi gedir, çünki tıxaclı şəhərimizi bir az da nəqliyyat ötüşdürənlər tıxayırlar, yollarda nəfəsimiz tıncıxır. 

Yadımdadır, bir dəfə avtomobil ötüşdürənlərin yarışı vaxtıydı, onların üzündən tıxacda qalmışam, bu yandan da “Azadlıq” radiosundan zəng edib bu cür beynəlxalq yarışların nə qədər məqsədəuyğun olması barədə rəyimi soruşurlar. Çox hiddətliydim, az qala bu yarışı icad edənin yeddi arxa dönəninə, oxumuş adamlar demişkən, arqo sözlər deyəcək, qarğış edəcəkdim, birtəhər özümü toparlayıb dedim: “Arzum budur ki, bir də paytaxtımızda belə yarışlar keçirilməsin, şəhərimiz bu cür yarışlara hazır deyil”.

Amma hanı? Ondan sonra motoskiletçilər də gəldi, velosipedçilər də. İndi də hamısı birdən gəlir. Şəhərimiz isə o qədər qonaq-qaranı qarşılamağa, yola verməyə hazır deyil. 
Budur, toy təşkil etmək olmaz. Hələ deyilənə görə, yas mərasimlərinin təşkilinə də qadağa qoyulub. Yəni ölüsü düşən küçədə, yolda yas mağarı qura bilməyəcək. 

Hələ fikrimizdən keçir ki, yaxın illərdə Olimpiya oyunlarını, hörmətli mundiallardan birini Bakıya salaq. Vallahi, ayaq altda qalarıq. Ya gərək Mərəzə tərəflərdəki boz çöllərdə xüsusi bir Olimpiya şəhəri tiksinlər, ya da Bakının əhalisinin yarısını ora-bura köçürsünlər. Yoxsa başqa cür mümkün olmaz. 

Yaxşı ki, beynəlxalq idman komitələri böyük yarışlara yer seçərkən bir çox amilləri nəzərə alırlar, daha çox həvəs göstərənlərə ev sahibi olmaq hüququ vermirlər. Həvəsə qalsa, dünyada bu işlərə bizdən çox həvəs göstərən yoxdur, nə yarış var, hamısını qamarlayıb alarıq. Alarıq, sonra Kəlküttənin, Mumbayın gününə düşərik. 

Qəribədir, Avropaya inteqrasiya etmək üçün nədən paytaxtımızı Asiyanın basırıq şəhərlərinin gününə salmalıyıq? (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar