Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropadakı siyasi risklər dolları möhkəmləndirəcək



İtaliyada dekabrın 4-də keçiriləcək Konstitusiya islahatları üzrə referendum və “Brexit” danışıqları müsbət nəticələnməsə, avronun dollarla müqayisədə zəifləməsi gözlənilir


“Report”un “Vesti.ru” saytına istinadən verdiyi xəbərə görə, Avropa regionu 2017-ci ildə seçki dövrünə daxil olur.

Seçkil ili isə yüksək işsizlik, gəlirlərdə artımın olmaması və Avropa İttifaqında (Aİ) inteqrasiya problemləri fonunda baş verəcək.

Əgər İtaliyadakı referendum uğursuz nəticələnərsə, o zaman gələn il ölkədə seçkilər keçiriləcək. Bununla yanaşı, 2017-ci ildə Hollandiya, Fransa və Almaniyada da seçkilər keçiriləcək. Bu da öz növbəsində siyasi risklər yaradaraq avroya təzyiqləri artıracaq. Belə olduğu halda, dollar indeksinin 1,00-1,05 səviyyəsinə çatması gözlənilir.
Lakin bundan öncə ABŞ-da prezident seçkiləri və Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsi ilə iclası keçiriləcək. Analitiklər hər iki hadisənin artıq maliyyə bazarları tərəfindən qiymətləndirdiyini bildirirlər.
Xatırladaq ki, dollar indeksi son iki ildə dar diapazonda (0,94-1,00) hərəkət edir. Dollar indeksi 6 əsas valyutadan ibarət səbətə qarşı dolların məzənnəsini əks etdirir. Dollar indeksinin 1,00 səviyyəsini ötməsi üçün isə önəmli katalizator – əhəmiyyətli xəbərin olması zəruridir. 2015-ci ildə 1,00 səviyyəsini iki dəfə test edən dollar indeksi bu səviyyəni keçə bilməyib. Hazırda dollar indeksi 0,9853 səviyyəsindədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar