Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropalıların Tramp və Putinə olan münasibəti - Sorğular nəyi göstərir?


İyun ayının sonunda “YouGov” beynəlxalq internet araşdırma firmasının ictimai rəyi öyrənməsi göstərib ki, norveçlilərin 66%-nin prezident Donald Tramp haqqındakı təəssüratları qətiyyən xoş deyil. Bu isə o mənaya gəlir ki, Tramp Angela Merkel, Emanuel Makron və Tereza Meylə müqayisədə daha az bəyənilir. Hətta avtoritar Vladimir Putinin nəticələri Trampdan daha üstündür. Putinə qarşı olanlar 51 faiz təşkil edir


Əgər ümumiləşdirsək,onda deyə bilərik ki, hərbi baxımdan Norveçin mühüm müttəfiqi sayılan ölkənin lideri Tramp barəsində norveçlilərin beşindən dördününün təəsüratı xöş deyil.

- Merkel liderlik edir

Sorğular zamanı ən yaxşı nəticəni Almaniyanın federal kansleri Angela Merkel nümayiş etdirib. Merkel, 12 ildir kanslerdir və o, sentyabrda keçiriləcək seçkilərdə daha bir müddət kansler olmaq imkanı əldə etməyə yaxındır.

Fransadakı yüksək işsizlik səviyyəsini aşağı salmaq üçün böyük iqtisadi islahatlar vəd edən yeni prezident Emanuel Makron nisbətən populyardır, lakin hələlik, əksəriyyət özü üçün onun barəsində müəyyən bir fikir formalaşdıra bilməyib. İyun ayında növbəti seçkilərdə fiaskoya uğrayan Böyük Britaniya baş naziri Tereza Meyə norveçlilərin yanaşması müxtəlifdir və fikirlər demək olar ki, ikiyə bölünüb. İndi Mey “Brexit”lə bağlı çətin danışıqlar aparmalıdır.

- Trampa qarşı ən pis yanaşan ölkə Danimarkadır

“YouGov” Norveçdə verdiyi həmin sulları Avropanın digər ölkələrində də respondentlərə ünvanlayıb. Mənzərə demək olar ki, oxşardır.

Avropada Putinə və Trampa olan münasibətin nəticələrinə diqqət etsək, onda görərik ki, vəziyyət, təxminən, eyindir. Amerika prezidentinə qarşı daha çox mənfi münasibəti Danimarka sakinləri bəsləyirlər. Orada rəyi soruşulanların ondan doqquzu Trampa qarşı xoşağəlməz təəssüratda olduğunu söyləyib.

ABŞRusiya prezidentləri Hamburqda keçirilən “G-20” zirvəsində ilk dəfə idi ki, görüşürdülər. Belə görünür ki, hər iki lider bir-biriylə söhbət zamanı dil tapa bilmişdi.

Tramp və Putinin marafon qaçışı kimi uzun sürən bu görüşündən sonra (2 saat 15 dəqiqə) ABŞ dövlət katibi Reks Tillerson deyib: ”İki lider arasında müsbət kimya yaranıb. Onların danışmaq üçün çox mövzuları vardı və onların heç biri dayanmaq istəməyib”.

“G-20” görüşü həm də onunla yadda qaldı ki, indi əksəriyyət hesab edir ki, ”ABŞ özünün qlobal liderlik rolundan geri çəkilir”.

“Financial Times” qəzetinin siyasi icmalçısı Gedeon Rahman deyib: ”İkinci Dünya Müharibəsindən sonrakı dövrdə buna bənzəyən hansısa məqamı yada salmaq çətindir. Belə ki, qlobal lider ətrafında bu qədər çoxsaylı şübhələr və inamsızlıqlar yaşanmayıb”.

- Obama ilə müqayisədə Trampa olan inam əhəmiyyətli dərəcədə azalıb

“YouGov”-un rəy sorğusundakı nəticələri, digər bir təhqiqat firması olan “Pew Research Center” araşdırma mərkəzinin iyunda keçirdiyi qlobal sorğunun nəticələri ilə, təxminən, eynidir.
Həmin sorğuda iştirak edən 37 ölkə respondentlərinin 22 faizi bildirib ki, onlar beynəlxalq məsələlərin həllində Trampın düzgün qərar verəcəyinə inanırlar. Müqayisə üçün deyək ki, Obamanın prezidentliyinin son illərində ona olan inam 64% idi. Ən çox düşüş İsveçdədir. Obamaya isveçlilərin 93%-i inandığı halda, Trampın düzgün qərar verəcəyinə inananların sayı yalnız 10 faizdir.

“Pew Research Center”-in həyata keçirdiyi bu sorğunun nəticələri açıq şəkildə Tramp haqqında təəssüratlardakı ideoloji fərqi göstərir. İfrat sağ cinah partiyalarına rəğbət bəsləyən avropalılar Trmpa daha müsbət yanaşırlar.

Ümumiyyətlə isə, rəqəmlər Trampa olan münasibətdəki şübhələrin həqiqətən də dərin olduğunu nümayiş etdirir. Hətta ifrat sağ partiyaları dəstəkləyənlərin yalnız yarısı Trampa inanır.

- “İlk öncə Amerika” şüarı dünyanın xoşuna gəlmir

“Pew Reserach Center“-in sorğusu göstərib ki, Trampın siyasətinin başlıca istiqaməti sayılan “İlk öncə Amerika” şüarı dünyada heç də populyar deyil. Avropalıların 86%-i Meksika və ABŞ arasında divar hörülməsi ideyasını və ABŞ-ın Paris iqlim müqaviləsindən çıxmasını bəyənmir. Eyni zamanda da rəyi soruşulanların 77 faizi ABŞ-ın azad ticarət sazişindən çıxmasının əleyhinədir.

Avropalıların çoxu Trampın mühacirlərə qarşı (əsasən də müsəlman ölkələrindən gələn) daha sərt məhdudiyyətlər qoyulması təklifini anlayışla qarşılayırlar. Amma burada yenə də, əksəriyyət (60 %) Trampın təklifinin əleyhinədir. Trampın mühacirlərlə bağlı siyasəti Macarıstan və Polşa əhalisinin əksəriyyəti tərəfindən dəstək görür. Mühacirlər axını bürümüş İtaliya və Yunanıstanın əhalisi isə bu məsələdə demək olar ki, ikiyə bölünüblər.

“Aftenposten” daha əvvəl “Chatham Hous” tərəfindən keçirilən rəy sorğusu barəsində yazmışdı. Həmin sorğunun nəticələrinə görə, Avropanın əksər ölkəsinin sakinləri, əsasən müsəlman ölkələrindən gələn mühacirlərin sayının hədsiz çoxalmasının qarşısının alınmasına razı olduqlarını bildirmişdilər. Ancaq bu Trampın qoyduğu qadağalardan əvvəl olub.(azpolitika.info)

(“Aftenposten”-Norveç)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar