Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropalının xoşuna gəlmək


“Pianoçu” filmində Şpilmanın ailəsi almanların ilk hücumundan sonra radiodan İngiltərə və Fransanın Polşanı tək buraxmayacağını eşidib sevinirlər


Lakin növbəti kadrda artıq Varşavanın küçələrində alman hərbçiləri addımlayır. 

Bir polyak mənə müharibədə Polşa tək qalanda İngiltərənin "köməyini" belə təsvir etmişdi. "Onlar bizə kömək edirdilər, təyyarə ilə şəhərlərin üstünə kağız atırdılar ki, ey polyaklar, darıxmayın, möhkəm olun". 
Biz azərbaycanlılar demokratiyanı, müasir dəyərləri, azadlıqları və sairəni Avropadan öyrənmişik. Yəni  bir baxımdan avropalılar bizi zibilə salıblar. Çünki işığın olduğunu bilməmək qaranlıqda yaşamağı daha rahat və gözəl edir. Əgər biz insan hüquqlarını və azadlıqlarını önə çıxaran dəyərlərdən xəbərsiz olsaydıq çox daha rahat yaşayardıq. Məsələn, tropiklərdə komputerin nə olduğunu bilməyən vəhşi qəbilələr kimi, ya da məsələn, şimali koreyalılar kimi. Sonuncular birincilərdən də xoşbəxtdir, heç nədən xəbərləri yoxdur, gül kimi, rahat xoşbəxt yaşayıb gedirlər. 

Lakin avropalılar bizə öz filosoflarının, nəzəriyyəçilərinin, inqilablarının məhsulu olan bu dəyərləri bulaşdırmaqla bizi rəsmən bədbəxt elədilər. Biz onlarsız çox xoşbəxt yaşaya bilərdik. 

İndi onlar azərbaycanlıların meyitlərinin üzərindən keçib ölkəyə əylənməyə gedirlər. Onlar üçün fərqi yoxdur, biz necə yaşayırıq, bizə hansı əziyyətlər edilir, sırf onları qarşılamaq üçün bizim haqqımız olan pullar göyə sovrulur. Hər hansı idmançı üçün fərqi yoxdur, Bakıda sakinlər üçün alov qəfəsi düzəldib sonra da yandırırlar. Həm də bunu ona görə edirlər ki, həmin avropalı şəhərə gələndə gözəl mənzərə ilə qarşılaşsın. Yoluna qullar tərəfindən qızıl səpələnən şahzadə kimi ölkəyə gedirlər. Gedirlər ki, əyləsinlər, onlar üçün yaradılmış bu imkandan gen-bol istifadə eləsinlər, dincəlsinlər. 

İqtisadi maraqlar önə keçəndə hər şey unudulur. Bütün dəyərlər, bütün prinsiplər gedir işinin dalınca. Şərqin ən qəddar diktatorları ilə əməkdaşlıq eləyirlər, onların pullarından yararlanırlar. Qəzzafinin gəlib Parisdə çadır qurmağına göz yumacaq qədər düşüblər. Amma bəzən gözlədikləri bu iqtisadi maraqların ağır nəticələri olur. İnkişafdan qalmalarına bu və ya digər yolla səbəb olduqları Asiya ölkəsindən biri çıxır, gedir şəhərin mərkəzində terror törədir, insanları öldürür. Necə deyərlər, Avropa şərqə getməyəndə şərq Avropaya gəlir, özü də əlində “Kalaşnikov”la.
İndi azərbaycanlılar üçün hər hansı beynəlxalq tədbir, idman yarışı qorxu mənbəyinə çevrilib. Əvvəllər "ölkəmiz tanınır" klişesindən həvəslənib bu cür tədbirlərə ürəklə yanaşırdılar. İndi deyirlər, nə olur, olsun, bircə bu ölkəyə avropalı gəlməsin. Çünki avropalı artıq özü ilə fəlakət gətirir. Onun ölkəyə gəlməsinə görə insanların evləri sökülür, yandırılır, hətta insanların özləri yandırılır. Onlar ölkəyə gəlib bizə bəh-bəh desinlər deyə bizə dövlət tərəfindən hər cür zülm edilir. 

Bir azərbaycanlı uşağın həyatı on mənfəətpərəst avropalının varlığından üstündür. Yaxşı səbəbkarları bildik, bəs görəsən, qonaqlar o uşaqlara görə heç vicdan əzabı çəkəcəklərmi? Hər hansı bəzəkli binaya baxıb "oo beautiful" dedikləri yerdə süniliklərinin mində biri qədər narahat olacaqlarmı? Qətiyyən. 

İtlərin yandırılması ilə başlayan "avropalıların xoşuna gəlmə kampaniyası" artıq yeni mərhələyə qədəm qoyub. Avropalının kefinə görə insanları yandırma mərhələsinə. Hər kimsə bu prosesin dayandırıldığını düşünürsə yanılır. O binalardakı üzlükləri müvəqqəti çıxarırlar. Hansısa avropalı binalara baxıb üzünü buruşdursa, kim bilir, nə edəcəklər. Avropalı da kef eləyəcək, bizimkilərin cibləri də. 

Bir də belə yanğın olsa, yəqin helikopter binaların üstündən ingilislər kimi "möhkəm olun" vərəqələri atacaq.  

Araz BAYRAMOV(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar