Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropanın ikinci ən böyük silah alıcısı - Azərbaycan...



Beynəlxalq qurumun silah ticarətinin vəziyyətinə dair açıqladığı hesabata görə, Ermənistanın silah idxalı ölkəmizin silah idxalının cəmi 4 faizini təşkil edir, ancaq...


Stokholmdakı Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SİPRİ) silah ticarətinin vəziyyətinə dair növbəti hesabat dərc edib. 

Hesabatda 2005-2009-cu illərlə müqayisədə 2010-2014-cü illərdə silah ixracatının 16 faiz artdığı qeyd edilib. 

Sənəd müəlliflərinə görə, dünyada əsas silah ixracatçıları ABŞ, Rusiya, Çin, Almaniya və Fransa olaraq qalır. Ümumi silah satışının 74 faizi bu dövlətlərin payına düşür. ABŞRusiyanın silah ticarətində payı isə təxminən 58 faizdir. Konkret olaraq Birləşmiş Ştatlar 94 ölkəyə silah satır.

Hesabatın silah idxalı bağlı bölümündə Azərbaycanın da adı çəkilir. Sənəddə bildirilir ki, Azərbaycan Ermənistanla münaqişəsi olan ölkədir və 2014-cü ildə bu münaqişədə gərginlik artıb: “Azərbaycan 2005-2009-cu illərlə müqayisədə 2010-2014-cü illərdə silah idxalını 249 faiz artırıb”. 

Avropa ölkələri arasında silah idxalına görə Azərbaycan Böyük Britaniyadan sonra ikinci yerdədir: “İdxalın 14 faizi Böyük Britaniyanın, 13 faizi Azərbaycanın payına düşür. Azərbaycan silahın 85 faizini Rusiyadan alır. Ermənistanın silah idxalı Azərbaycanının silah idxalının yalnız 4 faizi həcmindədir”.

Sənəddə habelə, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsindən də söz açılır. Qeyd olunur ki, Dağlıq Qarabağda de-fakto silahlı qüvvələr mövcuddur, lakin “onların silahı haradan və nə zaman aldıqları aydın deyil. Ermənistanın bu silahların bir hissəsini tədarük etməsi ehtimalı da yüksəkdir”. 

Elə məsələ də Azərbaycanın bu nəzarətsiz, beynəlxalq hüquq normalarının təsir zonasından uzaq ərazilərində yerləşdirilmiş silah-sursatdadır. Şübhə yox ki, Ermənistan öz əsas müttəfiqi Rusiyanın köməyi ilə elə böyük ərazi olmayan Dağlıq Qarabağ bölgəsini xeyli dərəcədə hərbiləşdirib. Moskvanın “hərbi balans” adı altında erməni tərəfə müasir hava-hücumundan müdafiə sistemləri (S-300 və s.) verdiyi də bəllidir.

Belə görünür, Qarabağ münaqişəsindən ən böyük uduşda elə Rusiyadır. Söhbət təkcə Kremlin bu konflikt hesabına AzərbaycanErmənistana güclü siyasi təsir imkanlarını saxlamasından getmir. Eyni zamanda erməni tərəfini Azərbaycanla (Dağlıq Qarabağın itirilə biləcəyi ilə), Azərbaycanı isə Ermənistanla (Bakı-Ceyhan və başqa strateji boru xətlərinə real təhlükə yaradılacağı ilə) qorxudaraq tərəfləri silahlandırmaqdan, bu zaman yaxşı para qazanmasından gedir. 

Əlbəttə ki, əsas silah alıcılarından biri olaraq Azərbaycan Rusiya üçün mühüm ölkədir və Moskva öz varlı-imkanlı müştərisini itirmək istəməz. Üstəlik, Qərblə qarşıdurma və sərt sanksiyalar altında ikən şimal qonşumuz heç xırda tərəfdaşını da itirməyi ağlından keçirməz. Bu səbəbdəndir ki, Rusiya öz forpostu Ermənistanın narazılıqlarına baxmayaraq, Azərbaycanla ticarət dövriyyəsini azaltmaq istəmir və buna hazırlaşmır. 

Ötən il sonu Rusiyanın Ermənistandakı səfiri İvan Volıkin İrəvan rəsmilərinin bu xüsusda əndişəsi ilə bağlı onları sakitləşdirmək məqsədilə demişdi ki, “bu, iki ölkə arasında olan bir kommersiyadır və Ermənistanın əndişəsi üçün əsas yoxdur”. Ancaq təbii ki, təkcə kommersiya da deyil və vəziyyətin nə yerdə olduğunu işğalçı Ermənistanın rəhbərliyi də yaxşı bilir.      

Fakt faktlığında qalır ki, Kreml münaqişənin hesabına Güney Qafqaza, Azərbaycana və Ermənistana yönəlik mürəkkəb bir oyun oynayır. Bu oyunun hədəfində nə Ermənistanın, nə də əfsuslar olsun ki, Azərbaycanın maraqları və problemləri dayanır: yüzdə yüz sırf Rusiya maraqları durur.       
     
Odur ki, Azərbaycan iqtisadiyyatda, neft-qazın nəqlində  diversifikasiya (çoxşaxəlilik) prinsipinə üstünlük verdiyi kimi, silah idxalında eyni prinsipi gözləmək zorundadır. Çünki ordumuzun müstəsna olaraq Rusiya hərbi texnikası və silah-sursatı hesabına komplektləşdirilməsi bu silahların bütün incə özəlliklərini və sirlərini özündə saxlayan Kremldən daha bir asılılıq forması deməkdir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar