Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avstriyada Azərbaycan mədəniyyəti günləri keçiriləcək


“Aşın mal alan” operettası səhnəyə qoyulduğunu xatırlanıb


2015-ci ilin oktyabrında Avstriyada Azərbaycan mədəniyyəti günləri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA - ya verilən məlumata görə, sentyabrın 23-də mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycanda səfərdə olan Avstriya hökumətinin mədəniyyət məsələləri üzrə məsləhətçisi, Avropanın mədəniyyət paytaxtları müsabiqəsinin münsiflər heyətinin üzvü Norbert Ridl ilə görüşü zamanı bununla bağlı müzakirələr aparıb.

Nazir müavini bildirib ki, 2000-ci ildən başlayaraq Avstriya-Azərbaycan mədəni əlaqələri mühüm inkişaf yolu keçib. O, 2003-cü ildə Avstriyada Qız qalası abidəsinin açılışının olduğunu, 2006-cı ildə Vyanada Üzeyir Hacıbəylinin abidəsinin ucaldıldığını və dahi bəstəkarın “Aşın mal alan” operettası səhnəyə qoyulduğunu xatırladıb.

Ə. Vəliyev həmçinin Azərbaycanda Avstriya mədəniyyəti günlərinin keçirilməsini, Vyananın musiqi kollektivlərinin Üzeyir Hacıbəyli və Qara Qarayev adına beynəlxalq musiqi festivallarında, eləcə də Qəbələ musiqi festivalında iştirakını, azərbaycanlı bəstəkar Əyyub Quliyevin Vyana kamera orkestri ilə birgə çıxışını, Avstriya bəstəkarı Arnold Şönberqin “İntizar” monodramının Bakıda tamaşaya qoyulmasını yada salıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar