Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtobus qəzalarının qarşısı alınacaq


Paytaxtda avtobus sürücülərinə nəzarət etmək üçün baza yaradılır


Bakıda avtobus sürücülərinin özbaşınalığına son qoyacaq yeni sistemin tətbiqinə başlanılır. Bu barədə Nəqliyyat Nazirliyindən ANS PRESS-ə məlumat verilib

Söhbət avtobus sürücüləri üçün yaradılacaq elektron bazadan gedir. Baza tam işə düşdükdən sonra yollarda tez-tez yaşanan sərnişin avtobuslarının iştirakı ilə qəzaların sayı hiss olunacaq dərəcədə azalacaq. 

Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ANS PRESS-ə açıqlamasında bildirib. Qurum rəsmisinin sözlərinə görə, hazırda sistemin işə düşməsilə bağlı Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətində layihə hazırlanır.

Yaradılacaq yeni sistemlə tanış olmaq üçün Nəqliyyat Nazirliyinin tabeliyində olan Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinə yollandıq. Orada öyrəndik ki, artıq işlərin bir çox hissəsi görülüb. Cəmiyyətin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsinin müdiri Elçin Nəsirovun verdiyi məlumata görə, oktyabr ayında yaradılacaq sistemin tətbiqinə başlanacaq.

“Bizim yaratdığımız sistem yaranan gündən qarşılaşdığımız problemlər, avtobus sürücülərinin kobud rəftarı, onların xarici görünüşündəki səliqəsizlik, sükan arxasında siqaret çəkilməsi və s. kimi problemlərin qarşısının alınması üçün nəzərdə tutulub. Hər hansı qayda pozuntusu aşkarlanan zaman əlbəttə cərimə protokolu tərtib olunur lakin bunun heç bir nəticəsi olmur. Sürücü çox vaxt cərimə olunanda idarə etdiyi sərnişin avtobusunu qoyub, digərinə gedir. Sürücü istədiyi vaxt rahatlıqla başqa maşurutda sürücü kimi işə düzəlir. Qaydani pozanda sürücü cəzasız qalır, zərbə sahibkara dəyir. Amma yeni sistemin fəaliyyəti bütün bu problemlərə son qoyacaq”, - deyə Elçin Nəsirov bildirib.

Qeyd edək ki, Bakıdaki avtobus sürücülərinin elektron bazasında sürücünün hansı kateqoriyalı olduğu, iş stajı, işlədiyi avtobus xətləri və digər informasiyalar yazılacaq. Həmçinin sürücünün fotoşəkili, sürücülük və şəxsiyyət vəsiqələrinin elektron görüntüləri yerləşdiriləcək. Bundan başqa, sürücünün əvvəl işlədiyi avtobus xətlərinin sahibkarlarından alınan xaraktersitikası da əlavə olunucaq. O cümlədən, məlumatlarda sürücünün əvvəllər harda nə qəza törətdikləri də göstəriləcək. Bazada avtobusların qarajı, qarajın rəhbərliyi haqqında məlumatlar, ünvan, mail adres, telefon və s. göstəriləcək.

Elçin Nəsirov deyir ki, hazırda Bakıda fiziki və hüququ şəxslərdən ibarət 32 avtobus xətti var. Onlardan 12-si fiziki, 20-si isə hüququ şəxsdir. Paytaxtda 2400 avtobus var. Hazırda bazada 3000-4000 sürücü qeydiyyatdan keçib.

“Bazada avtobusların nömrələri, dövlət nömrə nişanları və onları idarə edən sürücülərin adları qeyd olunur. Bu sistem işə düşəndən sonra sürücü xarakteristikasi olmadan ikinci maşurut sahibkarı onu işə götürərsə cəzalanacaq. Gələcəkdə taksilərin də bu sistemin yaradılması gözlənilir. Beləliklə sürücü cəzadan qaça bilməyəcək”, - deyə Elçin Nəsirov vurğualyıb.

Elçin Nəsirov onu da əlavə edib ki, əslində bu sistemin yaradılmasında məqsəd sahibkarliğa dəstəkdir. Onun sözlərinə görə, hazırda sistemin idarəçiyinə yeni işçilər qəbul olunur: “İşə qəbul zamanı müfəttişlərin görünüşündən tutmuş, ali təhsili, etik normalara əməl etməsi əsas məsələ olacaq. Bununla da, çalışacağıq ki, bizim əməkdaşlarımız da təcrübəli mütəxəssislərdən ibarət olsun. Köhnə əməkdaşlar da yoxlanılır. İndiyə qədər kobud səhvə yol verən bir neçə əməkdaşımız işdən çıxarılıb. Onların arasında kobud rəftar və rüşvətə meyilli olanlar var”.

Qeyd edək ki, hazırda nəqliyyat nazirliyinin avtomobillərinə xüsusi ötürücüyə malik müşahidə kameraları yerləşdirilir. Avtomobillərin yük yerlərinə isə xüsusi kodlaşdırılan “qara qutu” qoyulur. İnformasiyalar mərkəzlə yanaşı birbaşa həmin “qara qutu”ya ötürülür. Oradan informasiyanı dəyişmək, yaxud pozmaq isə qeyri-mümkündür. Bu da müfəttişlə sürücünün arasındakı münasibətlərin qurulmasını mümkünsüz edəcək.

“Kameralar vasitəsilə hadisələr canlı şəkildə izlənəcək. Qanun pozuntusuna yol verən sürücü dərhal saxlanılaraq mərkəzə gətiriləcək. Onun barəsində informasiyalar həmin dəqiqə bazaya yerləşdiriləcək. Daha osnra sahibkara məlumat veriləcək. Yəni birbaşa sürücü cəzalanacaq, sahibkar isə artıq prosesdən sonradan xəbər tutacaq. Nə sahibkar sürücünü qoruya biləcək, nə də sürücü qaçaraq sahibkarı pis vəziyyətdə qoya biləcək”, - deyə Elçin Nəsirov əlavə edib.

Hazırlanan layihə ilə tanış olandan sonra bu sistemin uğurlu olacağına nə qədər təminat olduğunu soruşduq. Çünki bundan əvvəllər də, Nəqliyyat Nazirliyinin vahid gedişhaqqıya keçid, avtobusların qrafiklərinin dəqiq göstərilməsi və s. kimi yeni ssitemləri vardı.

Lakin təcrübə göstərdi ki, bu sistem Bakı şəhəri üçün uğurlu layihə deyil.

Elçin Nəsirov suala cavab verərkən tam əminliklə və qətiyyətlə bildirdi ki, yeni sistem 100 faiz uğurlu olacaq: “Sürücülərinin elektron bazası tam işə düşəndən sonra qısa müddət ərzində özünüz fərqi hiss edəcəksiniz. Tam əminliklə deyə bilərəm ki, qısa müddət ərzində Bakıda təcrübəsiz və naşı avtobus sürücüsü olmayacaq. Avtobus qəzalarının sayı da hiss olunacaq dərəcədə azalacaq”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar