Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtobus sürücüsünü bıçaqlayan şəxs cəzalandırıldı



Yusifov marşrut avtobusunda konduktor işləyən nitq qüsurlu Anar adlı şəxslə zarafat edib


Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Mehdi Yusifovun (1982-ci il təv.) CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb. 

Ötən il sentyabrın 1-də Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən sərnişin dayanacağında Mehdi Yusifov marşrut avtobusunda konduktor işləyən nitq qüsurlu Anar adlı şəxslə zarafat edib, bu vaxt avtobusun sürücüsü Elçin də söhbətə qarışıb və Mehdiyə onunla zarafat etməsini irad tutub. Aralarında yaranan söz-söhbətin qarşısı alınıb, amma avtobusa əyləşib onu 150-200 metr irəliyə idarə edən şəxs yenidən düşərək, geri qayıdıb və Mehdi ilə mübahisəsini davam etdirib.

Nəticədə Yusifov üzərində olan qatlanan bıçaqla zərərçəkənə bir neçə bıçaq zərbəsi vurub. Dərhal sonra yaralanan şəxs 1 saylı şəhər xəstəxanasına çatdırılıb və onun həyatı həkimlər tərəfindən xilas edilib.

Elə həmin gün şübhəli şəxs Abşeron RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. 

Məhkəmə prosesində M.Yusifov ittiham üzrə özünü qismən təqsirli hesab etməklə, ifadəsində cinayəti özünü müdafiə etmək məqsədi ilə törətdiyini bildirib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. (oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar