Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtobusu ruhi xəstəyə kim etibar edib?


Avtobusu ruhi xəstəyə kim etibar edib? - “Onları cərimələmək olmur...”


Bakıda 77 yaşlı anasını zorlamaqda təqsirləndirilən 46 yaşlı Telman Yusubov bir neçə ildir ki, marşrut sürücüsü imiş. Dəfələrlə həbsdə yatmış və ruhi əsəb poliklinikasında qeydiyyatda olan T. Yusifov son günə kimi 202 nömrəli marşrut avtobosunda sürücü işləyib. Təqsirləndirilən şəxs özü də etiraf edib ki, psixi problemləri var və içki qəbul edəndə özündə olmur.

İctimai nəqliyyatda aparılan optimallaşdırılma işləri ilə əlaqədar dəfələrlə daşıyıcı şirkətlərə xəbərdarlıqlar olunsa da, hələ də sürücülük vəsiqəsi olmayan, məhkum şəxslərin bu işə cəlb olunma hallarına rast gəlinir.

Bəs daşıyıcı şirkətlər sürücünü işə götürərkən sözügedən nüanslara fikir verir? Yaşanmış hər hansı bir xoşagəlməz hallarda hansı qurum məsuliyyət daşıyır?

"Qafqazinfo" suala cavab almaq üçün Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevlə əlaqə saxlayıb. M. Ağayev də etiraf edib ki, bu kimi şəxslərin ictimai nəqliyyat şəbəkəsində çalışması heç bir məntiqə uyğun deyil:

“Lakin bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, sərnişin avtobuslarında, marşrut xətlərində sürücülərin işəgötürülməsi, onlarla əmək münasibətlərinin tənzimlənməsi Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilmir. Bu hala birbaşa daşıyıcı şirkət cavabdehdir. Sürücülərin işəqəbulundakı bu kimi xoşagəlməz halları aradan qaldırmaq üçün peşəkar sürücülərin toplaşdığı məlumatlar bazasını hazırlamağa çalışırıq. Hazırda bu istiqamətdə iş aparılır. Bundan başqa, 3 mindən çox sürücünün cəlb olunduğu sürücü təlim bazası yaradılıb. Daşıyıcılar tərəfindən işə götürülən bütün sürücülər təlimlərə cəlb olunur. 

Çox təəssüf ki, bu kimi hallar baş verdiyi zaman Agentliyin daşıyıcı şirkətə hər hansı bir cərimə tətbiq etmək kimi bir səlahiyyəti yoxdur. Ancaq biz hər zaman daşıyıcıların qarşısına sürücüləri işəgötürən zaman mütləq şəkildə sağlamlıq durumları, psixoloji vəziyyətlərini diqqət etmələriniı əsas tələb olaraq qoymuşuq. Lakin nəzərə almaq lazımdır ki, BNA 2 ildir ki, fəaliyyət göstərir, ancaq sürücülər illərdir ictimai nəqliyyat şəbəkəsində çalışırlar”. 

Müntəzəm olaraq 202 marşrut avtobusundan istifadə edən Günay Həsənova yazır:

“Mən də həmişə düşünürdüm ki, 202 nömrəli avtobuslar niyə belə aqressiv idarə olunur. Sürücülər əvvəlcə tibbi yoxlanışdan keçirilməlidir, həyatımız təhlükə altında qalır. Narkomana, ruhi xəstəyə belə bir iş tapşırmaq olar? İşdən gec vaxtda çıxıb evə qayıdıram, indi necə etibar edib avtobusa minəsən?”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar