Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtomobil qaçıran yeniyetmələr ağır qəzaya düşüb


16 yaşlı qız öldü


Bakıda avtomobil qaçıran yeniyetmələr ağır qəzaya düşüb. PİA.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 14-ü saat 05 radələrində Abşeron rayonu Ceyranbatan qəsəbəsinin ərazisində Zərdab rayon sakini Fərid Həbibi idarə etdiyi “VAZ-2106” markalı avtomobili Samur-Abşeron kanalına aşırıb. Onun sərnişinlərindən-Ucar rayon sakini Zəhra Fətəliyeva suda boğulub. Özü və digər sərnişini Bakı şəhər sakini Məhəmməd Mehdiyev xəstəxanaya yerləşdiriliblər.

Araşdırmalar zamanı qeyd edilən avtomobilin Gürcüstan vətəndaşı Namiq Hüseynova məxsus olması və həmin gün Nəsimi rayonu R.Məmmədov küçəsindən F.Həbibi tərəfindən qaçırılması, Masazır qəsəbəsinə sürüb, qəsəbə sakini Ramin Əmircanova məxsus mağazadan pəncərədən girmək yolu ilə 50 manat pul və tütün məmulatı oğurlaması müəyyən edilib.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Abşeron rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, 17 yaşlı F.Həbibi dostları ilə birlikdə qonşuluqda yaşayan Namiq Hüseynovun 01 BC 821 nömrə nişanlı avtomobilini qaçırıb. Qəza zamanı avtomobildə olan F.Həbibinin dostu, 16 yaşlı Zəhra Fətəliyeva avtomobildən çıxa bilməyib və suda boğularaq ölüb.

FOTO: Lent.az






Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar