Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtomobillərdən oğurluq edən dəstə üzvləri saxlanılıdı


Bakıda avtomobillərdən mobil telefon, pul və digər qiymətli əşyalar oğurlayan dəstənin üzvləri saxlanılıb


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, paytaxt sakinlərindən biri DİN-in “102” Zəng Mərkəzinə müraciət edərək bildirib ki, Yasamal rayonu A.Şərifzadə küçəsində ona məxsus “VAZ 2107” markalı avtomobildən naməlum şəraitdə bir ədəd mobil telefon oğurlanıb.

Yasamal Rayon Polis İdarəsi (RPİ) 29-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – Ramil Quliyev və Ceyhun Məmmədov saxlanılıblar.

Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində onların Yasamal rayonu ərazisində, əsasən metro çıxışlarının yaxınlığında 10-dan artıq nəqliyyat vasitəsindən mobil telefon və pul oğurladıqları məlum olub.

Dəstə üzvləri oğurluq yolla əldə etdikləri mobil telefonları paytaxtın müxtəlif ərazilərində yerləşən telefon alqı-satqısı ilə məşğul olan mağazalara satıblar.

Qeyd edilən faktlarla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Yasamal RPİ-nə müraciət edə bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar