Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtoqəzada ölən baş zabitin qardaşı danışdı


Seyfəddin Məmmədov: “Hadisə oldu, biz də qəsd olmadığına görə şikayət etmədik, cinayət işinə də xitam verdilər”


“Bu, qəsd deyildi, ola da bilməzdi. Ehtiyatslıqdan baş vermiş yol nəqliyyat hadisəsi idi. Bizim onlardan şikayətimiz də yoxdur. Bir hadisə idi ki, başımıza gəldi” – Müdafiə Nazirliyinin avtoqəzada dünyasını dəyişən baş zabiti, polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovun qardaşı Seyfəddin Məmmədov belə deyir.

E.Məmmədovu 2015-ci ildə Binəqədi rayonu ərazisində Az 10 LU 090 dövlət nömrə nişanlı “Land Rover” markalı avtomobillə vurulmuşdu. Məlum olmuşdu ki, qəza zamanı sükan arxasında “Xaliq Faiqoğlu” şirkətinin faktiki sahibi Faiq Seyidovun oğlu Xaliq Seyidov olub. Məsələ bu günlərdə mətbuatın gündəminə gəlib və buna görə də mərhum baş zabitin yaxınları olayla bağlı mövqelərini açıqlayıblar.

S.Məmmədov 3 il əvvəl baş verən olayı faciə kimi dəyərləndirdiklərini anladıb: “Həmin faciədə qardaşım ölüb. Bu məsələ olub və qurtarıb. Bu dünya belədir. Onlar da gəlib dərdimizə şərik oldular. Əvvəldən axıra qədər köməyimiz, dəstəyimiz oldular. Faiq müəllim əvvəldən axıra qədər bizim ailənin yanında oldu. Atası ağsaqqal kişi rayondan durub yasa gəlmişdi. Qardaşım xəstəxanada olduğu günlərdə də bizim yanımızda idilər. Bizim onlardan narazılığımız yoxdur”.

S.Məmmədov deyib ki, qəzadan sonra X.Seyidov qardaşını xəstəxanaya çatdırıb: “Bilməyib, uşaqdır bir qəza olub. Götürüb aparıb xəstəxanaya. Bu hadisəyə qədər biz onları, onlar bizi tanımırdılar. Burada qəsd ola bilməzdi. Baxırsan ki, cındırı çıxmış bir “Jiquli”dir, oyun çıxarır küçələrdə... Ölüm də törədir, yaddan çıxıb gedir. Bu yaxınlarda biri telefonla danışa-danışa avtobusla vurub 6 tələbəni öldürdü. Bu ki, pullunun uşağı deyildi. Olur da, hər cür hadisə olur. Bizim Faiq müəllimdən şikayətimiz yoxdur”.

S.Məmmədov mətbuat nümayəndələrini qardaşının ölümü haqda yazmamağa çağırıb: “Bizim Faiq müəllimdən şikayətimiz yoxdur, aramızda da narazılıq yoxdur. Çünki hadisədir ki, hər kəsin başına gələ bilər. Əgər qəsd söhbəti olsaydı, mən özüm mətbuat nümayəndələrini axtarıb tapardım. Xahiş edərdim ki, durmadan bu haqda yazsınlar. Hadisə oldu, biz də qəsd olmadığına görə şikayət etmədik, cinayət işinə də xitam verdilər. Hadisə başqa cür olsaydı, gəlib jurnalistlərdən xahiş edərdik ki, yazın, dəstək olun, gücümüz çatmır. Bu jurnalistlərin işidir. Başa düşürük, bilirik ki, jurnalistin işi yazmaqdır. Jurnalistlərin işi çox vacib işdir. Ona görə də xahiş edirəm ki, bu məsələyə ayırdıqları diqqət kifayətdir”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar