Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Axtarışa verilən meyxanaçı Vahid Qədimin yeri bilindi


Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verilən tanınmış meyxanaçı Vahid Qədimin sorağı Rusiyadan gəldi


Publika.az-ın əldə etdiyi məlumata görə, dələduzluqda təqsirləndirilən meyxanaçı iki ildən artıqdır ki, Rusiyada yaşayır. Məlumatı meyxanaçının sənət dostları da təsdiqləyib.

Tanınmış meyxanaçı Ağamirzə Məmmədov Vahid Qədimin iki ildən artıqdır ki, Rusiyada yaşayıb, sənətlə məşğul olduğunu bildirib: “Vahid iki ildən çoxdur ki, Bakıda yaşamır. Ailəsi ilə birgə Rusiyaya köçüb, oradan sorağını da alırıq. Eşitdiyimizə görə, Vahid orada da meyxanaları ilə məşhurdur, sevilir. Amma buradan niyə köçüb getdiyinin səbəbini bilmirəm”.

Qeyd edək ki, Azərbaycanın tanınmış meyxanaçısı axtarışa verilib. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1973-cü il təvəllüdlü Səfərov Vahid Ağabala oğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.

Meyxana aləmində Vahid Qədim kimi tanınan V.Səfərov bu ilin yanvarından axtarışa verilib.

Onu da qeyd edək ki, Vahid Qədim bir müddət öncə də polislə qarşı-qarşıya gəlib. O, “Bacım oğlu” adlı meyxanasına çəkdirdiyi klipində polisin təqibindən yayınmağa çalışıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar