Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ayaz Mütəllibovdan Ukrayna və Azərbaycan inqilablarını müqayisə


“Heç bir ölkədə belə dərəbəyliyə yol verməzlər”


Azərbaycanın sabiq prezidenti Ayaz Mütyəllibov hazırda Ukraynada baş verənlərlə 90-cı illərin əvvəllərində Azərbaycanda yaşanmış “milli-demokrat inqilabı” arasında müqayisələr aparıb.

Sabiq prezident virtualaz.org saytına açıqlamasında deyib ki, belə inqilabların təşkilində siyasi-texnoloji oxşarlıqlar var: “Ukrayna müxalifəti də Azərbaycan müxalifətinin yararlandığı eyni metodlardan istifadə edir. Adi gözlə də görünür ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda tətbiq edilmiş “narıncı texnologiyalar” indi də Ukraynada eyni uğurla tətbiq olunur. Məqsəd eynidir - hazırkı hakimiyyəti zəiflətmək və iqtidarı ələ keçirmək”.

A.Mütəllibov Qərbin mövqeyini anlamadığını da vurğuladı: “Avropa və Amerikanın heç bir inkişaf etmiş ölkəsində belə dərəbəyliyə yol verməzlər. Lakin elə ki digər ölkələrdə vəziyyəti sabitləşdirmək, qayda-qanun yaratmaq üçün tədbirlər görməyə başlayırlar, həmin ölkələrin hakimiyyətlərinə o dəqiqə “diktator” yarlığı yapışdırırlar. Bu halda sual olunur: əgər daxili qoşun bölmələri və polis dövlətin konstitusion quruluşunu müdafiə etmək, ölkədə sabitlik yaratmaq hüququna malik deyillərsə, onda onlar bəs nə üçündürlər?

Sabiq prezidenti bildirdi ki, Qərb o zaman da Azərbaycandakı vəziyyəti də diqqətlə izləyir, bəzən təzəcə müstəqillik qazanan dövlətin daxili işlərinə də qarışırdı: “Çox yaxşı başa düşürdüm ki, müxalifətə qarşı sərt tədbirlər görsəm, Qərbin diqqət mərkəzinə düşəcəyəm və məni dərhal “diktator” adlandıracaqlar. Ona görə də hər dəfə qərar verməzdən öncə hər şeydən əvvəl ölkənin imici barədə düşünürdüm. Bununla yanaşı milli həmrəylik əldə etməyin yollarını axtarırdım. Müxalifətin iştirakı ilə tədbirlər, dəyirmi masalar təşkil edirdim. Lakin müxalifət bütün bunlara məhəl qoymur və hakimiyyət uğrunda mübarizə aparmaqda davam edirdi. Buna görə də mən indi Ukraynada keçirilən dəyirmi masaların, danışıqların effekt verəcəyinə inanmıram. Bütün bunlar bir məqsədə - hakimiyyətin mövqelərini zəiflətməyə xidmət edir”.

A.Mütəllibovun sözlərinə görə, o zamanlar Türkiyənin bəzi dairələri də Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə edirdi: “İddia edə bilmərəm ki, bu, rəsmi Ankara tərəfindən atılan addım idi. Amma bunu deyə bilərəm ki, Alparslan Türkeş olmaqla türk milliyyətçiləri bizim daxili işlərimizə ciddi şəkildə müdaxilə edirdilər”.

Sabiq prezident həmçinin dedi ki, postsovet məkanında hazırda amansız geosiyasi mübarizə gedir və Azərbaycan burada baş verənləri diqqətlə izləməlidir. Bununla belə sabiq prezident hazırda Ukraynada baş verənlərlə bağlı hər hansı proqnoz verməyə çətinlik çəkdiyini söylədi.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar