Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ayaz Orucov mandatdan məhrum edilir


Güllə atan oğlu və korrupsiya deputatı bitirir


Deputat Ayaz Orucov parlament seçkilərində mandatsız qala bilər. Adı qalmaqallarda hallanan deputatın namizəd olacağı da sual altındadır.

Bu barədə tia.az-a verilən xəbərə görə, A.Orucov köçkünlər və oğlu ilə bağlı hadisələrdən sonra dayaqlarını itirib, mövqeləri sarsılıb. Onun parlamentdə təmsil olunacağı qeyri-müəyyən görünür.
Xatırladaq ki, Ayaz Orucovun oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, “Mercedes Galenvagen” markalı, Az 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, “Nissan Juke” markalı, Az 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açması haqqında xəbərlər yayılmışdı.
Həmin vaxt “Nissan Juke”də iki qadın - sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərova olub. Zərərçəkənlərin verdiyi şikayət nəticəsiz qalmış, deputat oğlunun törətdiyi cinayəti ört-basdır etməyə nail olmuşdu. Hadisədən bir neçə gün sonra isə, deputatın cinayət törədən oğlunu ölkədən çıxarması haqqında mətbuatda xəbərlər yayılmışdı.

Bundan başqa, Ayaz Orucov prezidentin qəzəbinə gəlib, onun qaçqınlar üçün yaşayış evlərinin tikintisində yol verdiyi ciddi korrupsiya faktları araşdırılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsindən çıxarılan Ayaz Orucovun biznesində çətinliklər də bundan sonra yaranıb.
TİA.AZ-a məlum olub ki, deputatın kifayət qədər geniş biznes şəbəkəsinə daxil olan çoxsaylı sexlərin, restoranların və şirkətlərin bir çoxunda işçilərə əmək haqlarının verilməsində gecikmələr başlayıb. Həmçinin əmək haqları azaldılıb.

Qeyd edək ki, Beyləqandan deputat Ayaz Orucovun biznes şəbəkəsi kifayət qədər genişdir. Onun biznes şəbəkəsinə “Hidromaş servis” QSC, “Espanyol mebel” və digər şirkətlər, o cümlədən Beyləqan rayonunda və Bakı ətrafında çoxsaylı restoranlar, mağazalar, mebel sexləri və s. daxildir.
İtaliya markası olan “İndesit” soyuducularının Azərbaycandakı distribütorluğunu da deputatın şirkəti həyata keçirir. Həmçinin onun biznesinə digər məişət avadanlıqlarının ixracı və satışı daxildir.
Hələ o vaxt belə məlumatlar yayılmışdı ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə komitədə iclas keçirilib, qaçqın və məcburi köçkünlər üçün tikilən bina və obyektlər məsələsi müzakirə olunub.

Həmin iclasda Əli Həsənovla Ayaz Orucovun sözləri üst-üstə düşməyib və Ayaz Orucov baş nazirin müavininə cavab qaytarıb. Bundan əsəbiləşən komitə sədri deputatı elə iclasdaca işdən çıxarıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar