Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ayətullah Sistaninin məqamı uğrunda rəqabət


Nəcəfdəki "taxt oyunları"nda iranlı din xadimi ilk gedişlərini edir - Təhlil


Babək Dehqanpişe

“Reuters” (Böyük Britaniya)

Sentyabr ayının əvvəlində yüksək səviyyəli İran rəsmisi və din xadimi Ayətullah Mahmud Haşimi Şahrudi İraqın cənubundakı müqəddəs şəhərə – Nəcəfə gəldi. Onun məiyyətini böyük təhlükəsizlik çənbəri və İslam Respublikasında ən güclü hərbi qüvvəsi olan İnqilab Keşikçilərinin sabiq rəhbəri qoruyurdu.

69 yaşlı Şahrudi rəsmilər, din xadimləri və mədrəsə tələbələri ilə keçən görüşlərlə, şiə dünyasının ən müqəddəs şəhərində – İmam Əlinin məqbərəsi yaxınlığındakı ofisində bir neçə gün keçirdi.

Onun məqsədi İraqdakı ən məşhur şiə din xadimi və ən nüfuzlu adamın – hazırkı və sabiq İraq rəsmilərinin fikrincə, 87 yaşlı Ayətullah Əli Sistaninin əvəzi kimi öz profilini yüksəltmək idi.

İŞİD-ə qarşı mübarizə diqqət mərkəzində olsa da, ölkənin gələcəyi, eyni zamanda, Nəcəfdə baş verən hadisələrdən asılıdır.

Sistaninin yaşı və sağlamlığı ilə əlaqədar davamlı söz-söhbətlər ucbatından onun varisi məsələsi getdikcə daha çox gündəmə gəlir.

İraqlı şiə qrupları Sistanini əvəz edəcək şəxs uğrunda yarışır. Əhalisinin əksəriyyəti şiə olan İran bu məsələdə Şahrudini dəstəkləyir.

Şahrudi Sistani üçün mübahisəli bir varis ola bilər. Nəcəfdəki ali din xadimləri İranın öz təsirini genişləndirməsindən narahatdır və Şahrudiyə, tələbələr arasında dəstəyinə baxmayaraq, hələ müəyyən şübhə ilə baxılır.

Sistani İran siyasətindən məsafə saxladığından bəzi ardıcılları Tehrana yaxın olan əvəzi, yəqin ki, istəməzlər.

Nəcəfdəki mənbələr Sistaninin varisi kimi həssas bir məsələyə dair şərh vermək istəmirlər, amma əvvəllər yüksək vəzifə tutmuş bir iraqlı şəxs “Reuters”-ə bildirib: "İranlılar bu məsələdə əlindən gələni edəcəklər. Çünki bu məsələ yalnız dini deyil, siyasətin bir hissəsi halına gəlib və İraqın taleyini həll edəcək".


Mübahisəli sahələr

İran artıq kürdlərdən aldığı mübahisəli əraziləri şiə rəhbərin hökumətinə qaytarmaqla, İraqdakı təsirini genişləndirib.

İnqilab qvardiyasının xarici əməliyyatlar üzrə məsul şəxsi Qasim Süleymani bəzi kürd rəhbərlərini neftlə zəngin Kərkük kimi ziddiyyətli şəhərlərə dair iddiasını şəxsən həll edib.

Şahrudi və İnqilab Keşikçilərinin KİV-lə əlaqə şöbəsi və Sistaninin ofisindən şərh almaq cəhdləri uğursuzdur.

Əgər İran İraqdakı növbəti ən məşhur şiə din xadimi məsələsinə təsir edə bilərsə, o, illər boyu bu ölkədə hakimiyyətini gücləndirə bilər.

İranın maraqlarını dəstəkləyən Nəcəfdəki ruhani başçı da dünya səviyyəsində şiə müsəlmanların lideri olduğunu iddia edən İranın Ali Rəhbəri Ayətullah Əli Xamneiyə rəqabəti aradan qaldıracaq.



İllərdən bəri İrandan müstəqil bir dini və siyasi baxışı təsdiq edən Sistani şiə cəmiyyətinin rəhbərliyi üçün Xamneiyə ən böyük rəqibdir.

Sistani nadir hallarda cəmiyyətə açıq görünür, amma onun fətvaları milyonlarla ardıcılı üçün müqəddəsdir. Sistaninin İŞİD əleyhinə fətvası terrorçu qrupun 2014-cü ildə Bağdada doğru irəliləməsini qarşısını alıb.

Din xadimi, həmçinin ölkədəki məzhəb şiddətini azaltmaq üçün fətvalardan istifadə edib. Sistani sentyabr ayında müstəqillik referendumundan sonra kürd bölgəsinin ayrılmasına qarşı çıxıb, lakin ötən ay rəsmi Bağdadı kürdləri qorumağa çağırıb.

Sistaninin təsiri olmadan, məzhəblər və şiə qrupları arasında olduğu kimi, iraqlı səlahiyyətlilər və müşahidəçilər arasında didişmə və qarşıdurma ehtimalı yüksəkdir.

"Sistani sadəcə evində oturan yoxsul bir adam deyil. O, milyonlarla insana nəzarət edə bilər, – sabiq iraqlı rəsmi deyib. – Sistanidən sonra çox qanlı bir mübarizə olacaq".

Nəcəfdəki mənbələr Sistaninin ölümünə qədər vəzifəsində qalmasını gözləyir. Şüurlu bir irəliləmə prosesi yoxdur, amma Şahrudi çox sayda şiə, mədrəsə tələbəsi və din xadimlərinin dəstəyini əldə etməli olacaq.

Şahrudi Nəcəfdə yad adam deyil: o bu şəhərdə anadan olub. 1970-ci illərdə Səddam Hüseynin təhlükəsizlik qüvvələri siyasi fəaliyyətinə görə onu həbs edib və işgəncələrə məruz qoyub.

İslam inqilabından sonra İrana köçən Şahrudi 1989-cu ildən, Xamneinin dövründə ən yüksək bürokratik vəzifələrə yüksəlib.

Şahrudi on il İran məhkəmə sisteminin rəhbəri olub və hazırda Məsləhət Şurasının rəhbəridir.

İctimaiyyət qarşısında Şahrudi tez-tez Xamneinin yanında oturur.

Yarışa dəstək

Şahrudinin səfəri Tehranın Sistanini əvəzləyəcək namizədi üçün necə dəstək verməyə çalışdığının yalnız bir əlamətidir.

İnqilab Keşikçiləri ilə əlaqəli bir şirkət hazırda İmam Əli məqbərəsinin genişləndirmək üçün 300 milyon dollara yaxın bir layihə ilə məşğuldur və bu, Səudiyyə Ərəbistandakı Məkkədən sonra müsəlmanların ikinci böyük müqəddəs məkanıdır.

“Atlantik Council”in eksperti Əli Alfone deyir: "Bu layihələr yardım alanlarla Tehran arasına asılılıq yaradır, çünki onlar İraq infrastrukturunu İranın infrastrukturuna inteqrasiya edirlər. Bundan əlavə, bu cür tədbirlər İraqda fəaliyyət göstərən İslam Respublikasının kəşfiyyat şəbəkələri üçün örtüyü təmin edir".

2011-ci ildə Şahrudi Nəcəfdə ofis açıb və müşahidəçilərin dediyinə görə, bu, İran nüfuzunu artırmağa bir cəhddir.

"Bu, təxribati hərəkət idi", – təsbit edilməməsini istəməyən və şiə din adamları ilə yaxşı tanış olan bir iraqlı analitik deyir.

Şahrudi sonradan Bağdad və Kərbəlada ofislər açıb. Nəcəfdə İraq rəsmiləri və ruhani mənbələrinə görə, o, minlərlə mədrəsə tələbəsinə təqaüd verir.

Tələbələrin dəstəyini almaq üçün mərcə olan ali ruhanilər həmişə onlara təqaüd ödəyirlər.

"İran Sistanidən sonrakı prosesə tələbələr vasitəsilə təsir göstərməyə çalışır". Bunu İraqdakı bir qərbli diplomat deyir.

Sistani şiə din adamlarının əsas sponsorudur, İraqda və digər yerlərdə onlara milyonlarla dollar dəyir. Onun oğlu Məhəmməd Rza ofisin maliyyə və inzibati işlərinə nəzarət edir.

Atası Məhəmməd Rzanı varis təyin edə bilər, amma müşahidəçilər deyirlər ki, dini cübbənin ailə üzvünə keçməsi mötəbər ehtimal kimi görünmür.

Nəcəfdə Sistanini əvəz edə biləcək daha üç mərcə var, lakin onlar qocadır, ruhani mənbələrə və İraq rəsmilərinə görə, açıq-aydın öndər yoxdur.



Nəcəf mərcələrindən birinin oğlu olan Şeyx Əli Nəcəfi bildirib ki, "bu prosedur üçün qərar qəbul etmək tezdir”.

İraqda olarkən, Şahrudi Bağdadda baş nazir Heydər İbadini ziyarət edib. İraq rəsmiləri Sistaninin Nəcəfdə onunla görüşməkdən imtina etdiyini deyir, lakin iranlıların iddiadan asanlıqla imtina etməsi gözlənilmir. (tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar