Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ayətullahlar üçün rus raketləri...


Rusiya prezidenti Vladimir Putinin S-300 zenit-raket komplekslərinin İrana satışına dair embarqonu ləğv etməsi gözlənildiy kimi Qərbdə geniş rezonans və narazılıq doğurub.


ABŞ Dövlət Departamenti və Ağ Ev Putinin fərmanından narazılıq ifadə etsələr də İrana S-300 raketlərinin verilməsinə qarşı hansısa tədbirlər görmək niyyətində olmadıqlarını nümayiş etdiriblər.

Dövlət katibi Con Kerri məsələyə dərhal reaksiya verərək Rusiyanın bu addımını pisləyib və onun İranla yekun nüvə anlaşmasına zərər vura biləcəyini deyib. Bununla belə Dövlət Departamentinin rəsmisi Meri Harf Rusiyanın addımının İrana qarşı sanksiyaları pozmadığını qeyd edib. Çünki söhbət müdafiə xarakterli silah sistemlərindən gedir.



Eyni zamanda Meri Harf öz şefinin narahatlıqlarının əksinə olaraq S-300 raketlərinin İranla nüvə danışıqlarının gedişinə təsir etməyəcəyini düşünür.

Ağ Evin rəsmisi Coş Ernest isə daha tənqidi bəyanatla çıxış edib. Bildirib ki, Rusiyanın təşəbbüsü İrana qarşı beynəlxalq sanksiyaların tədricən yumşaldılması prosesinə zərbə vura və beynəlxalq ictimaiyyətin birliyini poza bilər.

Coş Ernest deyib ki, Rusiya sanksiyaları pozaraq neft əvəzində İrana mallar ixrac edərsə Moskvanın özünə qarşı yeni sanksiyaların tətbiqi mümkündür.

İsrail rəsmiləri də şübhəsiz ki, İrana qarşı S-300 embarqosunun ləğvindən məmnun deyillər. İsrailin kəşfiyyat işləri üzrə naziri Yuval Ştaynits deyib ki, İran Lozannada əldə edilmiş nüvə sövdələşməsinin bəhrələrini görür.

Lakin Putinin addımı daha çox ABŞ prezidenti Barak Obamanın mövqelərinə zərbə vuracaq. Çünki Konqresdə respublikaçılar İranla nüvə anlaşmasına qarşı çıxmaq və prezidentin İran siyasətinin təhlükəli olduğunu göstərmək üçün daha bir güclü arqument əldə ediblər.

Digər tərəfdən, Putinin yekun nüvə razılaşmasının imzalanmasını gözləmədən S-300 raketlərinin İrana satışına icazə verməsi olduqca hiyləgər gedişdir. Çünki İran bu raketlərin sayəsində nüvə obyektlərinin İsrail və ABŞ-ın mümkün hava hücumlarından müdafiəsini etibarlı şəkildə təmin edə biləcək. Deməli, Tehran “altılar” qrupu ilə iyunda imzalanması planlaşdırılan yekun nüvə razılaşması ərəfəsində öz mövqelərini xeyli gücləndirmiş olacaq.

ABŞ-ın Xarici Əlaqələr Şurasından hərbi analitik Elliot Abrams deyir ki, S-300 raketləri bütün regionda hərbi eskalasiyaya gətirib çıxaracaq. Sanksiyaların yumşaldılması nəticəsində İrana kapital axını başlayacaq və Tehran bundan hərbi mövqelərini gücləndirmək üçün istifadə edəcək.

S-300 raketlərini alandan sonra İran istənilən hava hücumundan immunitet hiss edərək Yaxın Şərqdə daha aqressiv siyasət aparacaq.

Lakin S-300 raketləri hələ son deyil. Rusiya sanksiyaların yumşaldılmasından İranı digər güclü silah sistemləri ilə təchiz etmək üçün də istifadə edəcək. Bu da Yaxın Şərqdə sünni-şiə qarşıdurmasının getdikcə böyüdüyü vaxtda Rusiyanın İranı gücləndirmək siyasətini göstərir.

İranın Rusiyadan S-300 PMU-Favorit zenit-raket sistemlərinin almasına dair müqavilə 2007-ci ildə bağlanmışdı. Müqavilənin dəyəri 800 milyon dollar idi. Lakin İsrail və ABŞ bu sövdələşmədən xəbər tutan kimi Rusiyanı raketləri İrana verməkdən çəkindirməyə çalışdılar. Baxmayaraq ki, BMT-nin İrana qarşı silah embarqosunu S-300 komplekslərinə şamil etmək olmazdı-nəzəri olaraq bu komplekslər müdafiə təyinatlı silahlar hesab olunur.

2010-cu ildə o vaxtkı prezident Dmitri Medvedyev komplekslərin İrana verilməsinə dair müqavilənin yerinə yetirilməsini qadağan edən fərman verdi. O vaxt belə xəbərlər yayılmışdı ki, Medvedyev bu fərmanı İsraillə sövdələşmə nəticəsində verib. İsrail əvəzində Rusiyaya pilotsuz kəşfiyyat təyyarələri çatdırıb. Eyni zamanda Gürcüstana və Ukraynaya silah satışından imtina edib.

İndi isə İranla Qərb arasında nüvə anlaşması regionda tamamilə yeni geosiyasi vəziyyət yaradır. Rusiya prezidenti Vladimir Putin yekun razılaşmanın imzalanmasını gözləmədən bu fərmanı verməklə həmin yeni situasiyadan Rusiyanın maksimal fayda əldə etməsini hesablayıb.



S-300 raketlərinin İrana nə vaxt çatdırılacağı isə hələ məlum deyil. Əgər “Almaz-Antey” korporasiyasının konverlərindən təzə çıxan sistemlərin göndərilməsindən söhbət getsə, o zaman İran azı il yarım gözləməlidir.

Hazırda Rusiya silahlı qüvvələrinin sərəncamında olan sistemləri göndərmək qərara alınsa bu halda raketlərin ünvana çatdırılmasına təxminən yarım il lazım olacaq.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar