Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aygün Kazımova Almaniyada erməni təxribatının qarşısını alıb


Almaniyada keçirilən "DAF bama music Awards 2016" beynəlxalq mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülən xalq artisti Aygün Kazımova erməni təxribatı ilə qarşılaşıb


Axşam.az-ın məlumatına görə, müğənni konsertin başlamasına 3 saat qalmış məşq zamanı öyrenib ki, Almaniyanın Hamburq şəhərində keçirilən mərasimdə Ermənistanı təmsil edən müğənni Siruşon səhnədə Azərbaycan xalq mahnısı "Sarı gəlin"i erməni mahnısı kimi təqdim edəcək.

Bu xəbər həm A.Kazımovaya, həm də komandasına konsert öncəsi böyük stress yaşadıb.

Ermənilərin planının qarşısını almaq üçün A.Kazımova dərhal təşkilatçılardan, tədbirin rejissorundan  bunun qarşısını almağı tələb edib və buna etirazını bildirib. Müğənni bildirib ki, "Sarı gəlin" Azərbaycan xalq mahnısıdır. Erməni müğənnisinin bu mahnını ifa edib, mükafat alması böyük qalmaqala səbəb olacaq. Həmçinin əlavə edib ki, ermənilər müsabiqəyə siyası don geyindirmək istəyir. A.Kazımova erməni  müğənni Siruşonun  ifasına az qalmış repertuarını dəyişdirə bilib və o, illər əvvəl ifa etdiyi "Kele-kele" mahnısını oxuyub. 

Səhnəyə çıxan A.Kazımova Azərbaycana, həmvətənlərinə və xüsusilə də, Qarabağa sevgisini yollayıb.

Qeyd edək ki, tədbirdə Ermənistanı 2 müğənni təmsil edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar