Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ayna Sultanovanın heykəli götürülür


Bakının Atatürk prospektində yerləşən Ayna Sultanova parkı əsaslı təmirə bağlanıb


Pia.az xəbər verir ki, yenidənqurma işləri “Elta Construction” şirkəti tərəfindən aparılır.

Hasarın üzərində parkın layihəsini əks etdirən şəkillər yerləşdirilib.

Layihədə Ayna Sultanovanın heykəlinin park ərazisində saxlanılması nəzərdə tutulmayıb.

Məsələ ilə bağlı sayt Binəqədi Rayon İcra Hakimiyyətindən rəy öyrənmək istəyib. ancaq cəhdləri nəticəsiz qalıb.

Xatırladaq ki, keçən il Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilmişdi ki, parkın planlaşdırılan təmiri zamanı heykəlin götürülməsi deyil, yerinin dəyişdirilməsi nəzərdə tutulur.

Ayna Sultanovanın parkda qranitdən heykəli 1986-cı ildə ucaldılıb.

Ayna Sultanova Azərbaycanda bolşevik partiyasına ilk yazılan azərbaycanlı qadın, uzun illər Azərbaycanda rəhbər vəzifələrdə çalışaraq bolşevik, kommunist partiyasının ideyalarını həyata keçirən siyasi xadim və milli hökumətə qarşı silahlı üsyanın təşkilatçılarından olub.

O, həmçinin Leninin, Şaumyanın, Mikoyanın, Qarayevin, Əzizbəyovun ən yaxın silahdaşı Həmid Sultanovun həyat yoldaşı, inqilabçı Qəzənfər Musabəyovun bacısı olub.

O, 1938-ci ildə qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə repressiyaya məruz qalıb və xalq düşməni kimi güllələnib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar