Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aynur Camalqızı Kəramətdən və Xəlil Rzadan yazdı


“Xəlil Rzanı söyən mənim atamı söyür”


“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal son günlər müzakirə olunan bir mövzuya münasibət bildirib. Müsavat.com A. Camalın Facebook səhifəsində yayımlanan həmin münasibət yazısını təqdim edir: 

“Dostlar, təəssüflər olsun ki, Kəramət Böyükçölün son məlum statusunu çox gec - bu gün gördüm. Keşkə, tez görsəydim, həmən sildirərdim, sözümdən çıxmazdı və gərəksiz, zərərli müzakirələr bu qədər uzanmazdı. Öncədən deyim ki, Kəramətin yazdıqlarının tamamilə əleyhinəyəm, bölüşmürəm, pisləyirəm. Yazmamalıydı. Amma nəzərə alın ki, bizim media qrupunda hər gün sosial şəbəkələrdə nə etdiyini, nə yazdığını izləməyin mümkünsüz olduğu qədər jurnalist çalışır. Mənim onların yazdıqlarını izləməyə fiziki imkanlarım çatmaz. Bu bir. İkincisi, mən hər işçinin işdən kənar etdiklərinə cavabdeh deyiləm. Elə bir rentgen aparatımız da yoxdur ki, nə düşündüklərini, nə yazdıqlarını öncədən öyrənə bilək. Sosial şəbəkələrdə hansısa lazımsız, ziyanlı bir fikir rastıma çıxanda dostcasına münasibətimi bildirirəm, rəyimə hörmət olunur və silinir. Bu qədər. Amma indi baxıram ki, Kəramətin yazdıqlarını qəbul etməyənlər onun iş yerini və məni də olaya qatmağa düşük cəhd göstərirlər. Dostlar, əminəm ki, Kəramət bir kafedə kiminlə dalaşıb polisə düşsə, məni qınamazsız. Amma Facebook-da yazdığı statusa görə mən də hədəf seçilirəm. Niyə??? Hər kəsin öz fikirlərini ifadə etmək hüququ var. Və hər kəs özünü ifadə edir. Mən sosial şəbəkələrdə yalnız öz yazdıqlarıma cavabdehəm və öz fikirlərimə görə məsuliyyət daşıyıram. Amma baxıram, mənimlə işləmək, Teleqraf Media Qrupunda təmsil olunmaq istəyilə dəfələrlə müraciət etmiş bəzi həmkarlarımız da ağzının köpüyünü dağıda-dağıda məni ittiham edir. Oxuyub gülümsəyirəm...

Nəhayət, Xəlil Rza haqqında... Xəlil Rza bu xalqın və bu dövlətin dəyərlərindən biridir. Mən hələ uşaq idim. Atam danışırdı ki, Pedaqoji İnstitutda təhsil alarkən Xəlil Rza adlı müəllimləri varmış. Auditoriyada rusca danışan tələbələri cərimə edər, dərsdən çıxararmış. Sovetin asıb-kəsən vaxtından, Milli azadlıq hərəkatının hələ işartıları olmayan illərdən danışıram mən. Bizim evimizdə Xəlil Rza atamın danışdığı ən sevimli mövzulardan biri idi və mən ağlım kəsəndən o böyük şəxsiyyəti, yumruq boyda ürəyində Azərbaycanın azadlıq arzularını daşıyan o böyük insanı sevmişəm. Millətçiliyini, azərbaycançılığını, türkçülüyünü, insanpərvərliyini, ruhunu, qəlbini, işığını... sevərək böyümüşəm. Ona layiq olmadığı bir söz deyən hesab edirəm ki, mənim inanclarımı, sevdiklərimi, dəyərlərimi, atamı söyür. O kişinin böyüklüyü ondadır ki, övladını müharibədən, hətta atəşkəs dövründə hərbi xidmətdən gizlədənlərdən fərqli olaraq, oğlunu - ciyərparasını Qarabağa göndərdi və oğlu Təbriz Qarabağ savaşında şəhid oldu. Şəhidin atasında səhv axtarmazlar, Kəramət! Şəhidin atasının əllərini, ayaqlarını, uyuduğu torpağı öpərlər... Allah Atam Xəlil Rzaya da, şəhid qardaşım Təbrizə də qəni-qəni rəhmət eləsin! Onların arzuları, xəyalları çin olsun!!!”(musavat.com)

WhatsApp Image 2018-01-15 at 19.35.57.jpeg (94 KB)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar