Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AzTV-dəki sədr-müavin çəkişməsinin yeni təfərrüatları


Telekanal işçilərinin danışdığı “mətbəx” sirləri “Yeni Müsavat”da


Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) baş verənlər barədə “Yeni Müsavat” qəzeti dəfələrlə yazıb.

 Xüsusən telekanalın sədri Arif Alışanovla onun müavini, “Həftə” analitik informasiya proqramının aparıcısı İbrahim Məmmədov arasındakı gərginlik, onun təfərrüatları daim müzakirə mövzusudur.

Redaksiyamıza telekanalın işçiləri tərəfindən son proseslərlə bağlı yeni məlumatlar daxil olub. Məlumatlara görə, sədrlə onun müavini arasında onsuz da gərgin olan münasibətlərin pik həddi İctimai siyasi proqramlar redaksiyasının artıq sabiq əməkdaşı Ağanisə Sultanovanın prezidentə müraciətindən sonra başlanıb. Məlumatlara görə, bu müraciətdən sonra verilişin bütün əməkdaşları işdən qovulublar, həftənin 7 günü çalışdıqları otaqları əllərindən alınıb. 

Əməkdaşların dediyinə görə, uzun müddətdir A.Alışanov AzTV-nin sədr müavini, ictimai siyasi proqramlar baş redaksiyasına rəhbərlik edən İ.Məmmədovu təzyiq altında saxlayır. Bunlardan biri kimi İ.Məmmədovun müəllifi olduğu, Heydər Əliyevİlham Əliyevdən bəhs olunan sənədli filmlərin gizlədilməsi, əvəzində isə efirə Arif Alışanovun müəllifi olduğu filmlərin verilməsidir. Məlumatlarda o da qeyd olunur ki, hətta bir neçə il öncə İ.Məmmədov Azərbaycanın birinci xanımı Mehriban Əliyeva barəsində sənədli film hazırlayarkən A.Alışanovun göstərişi ilə videotekanın qapıları onun üzünə bağalanıb, kasetlər isə  gizlədilib. Son nəticədə isə sözügedən film çətinliklər bahasına hazırlanıb. Belə ki, İ.Məmmədov Heydər Əliyev Fonduna müraciət edərək, onlardan görüntülər verməyi xahiş edib. 

AzTV-nin “mətbəx”i barədə daha bir məlumat isə A.Alışanovun İ.Məmmədovun hazırladığı süjetlərlə bağlı verdiyi göstərişlər olub. Telekanalın daxilindən verilən xəbərlərə görə, hər dəfə “Həftə” proqramında İ.Məmmədov İ.Əliyevin çıxışlarını, görüşlərini, səfərlərini şərh edəndə A.Alışanov zəng vuraraq “”yuxarı"dan tapşırıblar ki, şərh verməsin" deyirmiş. Bundan başqa, A.Alışanovun İ.Əliyevin adından “prezident deyir ki, telekanala yeni aparıcılar lazımdır” deməsi də işçilərin yada saldıqlarındandır. 



Telekanal işçilərinin bildirdiyinə görə, İ.Məmmədov başda olmaqla, redaksiyanın kollektivinə hər cür təzyiq göstərilirmiş. Bir çox hallarda isə işçilərin öz xoşu ilə getməsi üçün onların qonorarı kəsilirmiş. İ.Məmmədov dəfələrlə rəhbərliyə “bu uşaqlar olmasa, mən tək işləyə bilmərəm. Siz mənim filmimin qonorarını yazın, uşaqlara verəcəyəm, aparıb gecikmiş kreditlərini ödəsinlər” deyib. Və onun təklifi də həyata keçib. İşçilərin dediyinə görə, İ.Məmmədov bir neçə dəfə filminin qonorarını öz şöbəsinin əməkdaşları arasında paylayıb. Bundan başqa, İ.Məmmədovun süjet çəkilişini də A.Alışanovla məsləhətləşməsi, onun razılığı olmadan bu cür məsələlərdə müstəqil qərar verməməsi redaksiyamızla əlaqə saxlayan əməkdaşların dediklərində yer alır. 

“İbrahim müəllim işdən çıxanda da sədrdən telefonla icazə alırdı”. Bunu telekanalın redaksiyamıza məlumat verən işçisi bildirdi və əlavə etdi ki, sədr müavini daim subardinasiyanı gözləyib. Belə ki, İ.Məmmədov sədr müavini olsa da, həftənin çoxunu öz redaksiyasındakı otağında işləyib. Səhər işə gələndən günün sonuna kimi, verilişlərin planlaşdırılması, müzakirələr, sənədli filmlər, ən vacib hadisələrlə bağlı “Xəbərlər” proqramı üçün də hazırladığı şərhlər, reportajlar - sədr müavininin iş qrafiki bu cür təsvir olunur.
Bu arada İ.Məmmədovun müəllifi və aparıcısı olduğu “Həftə” proqramı, bəzən həftənin beş günü, çox vaxt canlı “Günün nəbzi”, “Əsas məsələ” tok-şousu, sənədli filmlər, “Kənd saatı”, “Keyfiyyət möhürü” kimi verilişlərə də imza atdığı qeyd olunur. Ehtimal edilir ki, telekanalın yaradıcılığında mühüm rol oynayan, getdikcə əsas fiqura çevrilməkdə olan sədr müavini bu səbəbdən qıcıq mənbəyinə çevrilib. 

Bu arada telekanaldakı mənbələrimiz onu da bildirdi ki, İ.Məmmədov avqustun 10-dan məzuniyyətə göndərilib. Yəni, öz istəyi ilə yox, rəhbərliyin göstərişi ilə. Məzuniyyət dönəmi isə sentyabrın 15-də bitəcək. Sədr müavininə “işə qayıtma” deyilməyib. Çünki sonuncu prezident sərəncamı ilə sədr müavini vəzifəsinə təyin edilib. Amma onunla bağlı A.Alışanov və ətrafının hakimiyyətin yüksək eşalonunda fikir yaratmaq, əks təbliğat aparmaq cəhdləri davam edir. Son qərar hələ verilməsə də, necə deyərlər, “çalışmalar” davam edir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar