Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AzTV sədrinin torpaq alverinə etiraz


“Vəzifəli şəxslərin köməyi sayəsində AzTV sədri Arif Alışanov Quba rayonu Çartəpə kəndinin 70-dən çox sakininin torpaq sahəsini su qiymətinə ələ keçirib”


“Əkin-biçinə yararlı sahələrin əldən çıxması adamlarımızı çıxılmaz vəziyyətə salıb. Biz həyat və yaşamaq üçün əsas mənbə olan torpaqlarımızdan məhrum edilmişik” – bu sözləri adı çəkilən kəndin sakini H.Kərimov saytımıza bildirib.

O deyib ki, bir neçə ay əvvəl bu qanunsuz torpaq alış-verişi ilə bağlı polis orqanlarında istintaq başlansa da, bizi sorğu-suala çəkib əraziləri A.Alışanovun aldığını dəqiqləşdirsələr də, yaxşılığa doğru heç bir nəticə olmayıb. AzTV sədri qohum-əqrəbasının adına keçirtdiyi torpaqlarımızı yenə də öz ixtiyarında saxlayır.

Məlumatı dəqiqləşdirmək üçün zəng etdiyimiz Çartəpə kənd bələdiyyəsinin nümayəndəsi sədr A.Alışanovun ərazidə xeyli torpaq sahəsi alması faktını təsdiqləsə də, hər hansı əlavə izah və ya məlumat verməkdən imtina etdi.

Quba rayon Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətindəki mənbə də AzTV sədrinin adı çəkilən kənd ərazisində hektarlarla torpaq sahəsinə sahib oduğunu və bununla bağlı ciddi narazılıqlar olduğunu təsdiqləyib. Mənbə bildirib ki, bu torpaqların 8,5 hektarı sədrin qardaşı Habil Alışanovun, 16,2 hektarı qızı Aynur Alışanovanın, 4,9 hektarı sürücü Hacı Babayevin və başqa şəxslərin adınadır.

Aldığımız məlumata görə, AzTV sədrinin Bakı ərazisindən başqa, Xaçmaz, Xızı, Şamaxı, Gəncə, Goranboy, ZərdabSabirabad da hektarlarla torpaq sahəsi vardır.

Mövzunu ətraflı araşdırmağa çalışacağıq. (24saat.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar