Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azay Quliyev ATƏT PA-nın sessiyasına sədrlik edəcək

Milli Məclisin deputatları Azay Quliyev, Kamran Nəbizadə və Tahir Mirkişili ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün sentyabrın 29-da Makedoniyanın paytaxtı Skopye şəhərinə səfər edəcəklər


Sessiya çərçivəsində “ATƏT regionunda etimadın qurulması tədbirlərinin və yaxşı idarəetmənin gücləndirilməsi” adlı Parlament Konfransı keçiriləcək.
 
ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev sessiyanın “ATƏT regionunda yaxşı idarəetmə iqtisadi inkişafın möhkəmləndirilməsinin zəmini kimi” adlı toplantısına sədrlik edəcək.
 
Konfransda “Cənub-Şərqi Avropada demokratik institutların və insan haqlarının inkişaf etdirilməsi: bu fəaliyyətdə ATƏT-in rolu” və “Beynəlxalq miqrasiyanın idarə edilməsi əsasında insan haqlarının inkişafı” mövzularında da müzakirələr aparılacaq. Sessiya ərzində, həmçinin, Aralıq dənizi Forumu keçiriləcək.
 
Forum iştirakçıları bir sıra aktual məsələlərlə bağlı fikirlərini bölüşəcəklər. Deputatlarımız qeyd olunan toplantılarda fəal iştirak edərək müzakirəyə çıxarılan məsələlərlə bağlı rəy və təkliflərini bildirəcəklər. 
 
 
Səfər zamanı millət vəkili Azay Quliyev ATƏT PA-nın daimi komitəsinin iclasında da iştirak edəcək. Yığıncaqda beynəlxalq katibliyin daxili islahatlar vasitəsi ilə gücləndirilməsi, beynəlxalq katiblik tərəfindən üzvlərin dəstəklənməsi, digər tərəfdaşlarla əməkdaşlığın qurulması məsələləri və gələcək tədbirlər ətrafında fikir mübadiləsi aparılacaq. Səfər oktyabrın 3-də başa çatacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən çox oxunanalar