Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azay Quliyev Avropa İttifaqının səfiri ilə görüşüb


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mardla görüş keçirilib


Xanim Malena Mard Avropa İttifaqı Azərbaycan  arasında münasibətlərin inkişafı üçün tərəflərin lazım olan səyləri göstərdiyini bildirib. 

Səfir Azərbaycan nümayəndə heyətinin Riqa sammitində iştirakının  və strateji tərəfdaşlıq haqqında saziş layihəsini təqdim etməsinin  əlaqələrin inkişafına tövhə verəcəyinə ümid etdiyini deyib.  Səfir Şura sədrini Aİ-nın Azərbaycandakı ofisinin elan etdiyi qrant müsabiqəsi haqqında da məlumatlandırıb və Şura ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını söyləyib.

Şura sədri Azay Quliyev ölkəmizin bir çox sahələrdə Aİ ilə yaxından əməkdaşlıq etdiyini və Azərbaycanın strateji tərəfdaşlıq haqqında təşəbbüsünün dəstəklənməsinin hər iki tərəfə faydalı olacağını vurğulayıb. Azay Quliyev Şuranın Aİ-nın yerli ofisi ilə birgə qrant müsabiqələrinin həyata keçirilməsi, regional QHT resurs və təlim mərkəzləri şəbəkəsinin genişləndirilməsi, QHT-lərin instusional inkişafı və digər  istiqamətlərdə yaxından əməkdaşlığa hazır olduğunu qeyd edib. Şura sədri təəssüflə səfirin diqqətinə çatdırıb  ki, Aİ və Avropa Parlamentində bəzi qüvvələr inkişafda olan əməkdaşlıq münasibətlərimizə əngəllər yaratmağa çalışırlar.  Azərbaycana qarşı ikili standartlara söykənən mövqedən çıxış edilməsi, ədalətsiz və qərəzli qətnamələrin qəbul olunması, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı edilən hörmətsizlik ölkə ictimaiyyətini məyus etməklə yanaşı münasibətlərin inkişafına da xələl gətirir.

Sonda vətəndaş cəmiyyəti inistitutlarının inkişafı ilə bağlı  səslənən təkliflərin yaxından araşdırılması və mümkün təşəbbüslərin dəstəklənməsi haqqında razılıq əldə olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar