Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azay Quliyev İsveç Krallığının səfiri ilə görüşdü


Fevralın 11-də Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında İsveç Krallığının Azərbaycan, Tacikistan, Türkmənistan və Özbəkistandakı səfiri xanım İnqrid Tersmanla görüş keçirilib


Xanım İnqrid Tersman Azərbaycan və İsveç arasında bir çox sahələrdə səmərəli əməkdaşlığın mövcudluğunu vurğulayıb. Səfir Azərbaycanda vətəndaş cəmiyyətinin mövcud vəziyyəti və Şuranın fəaliyyəti haqqında məlumat almaq istədiyini bildirib. 

Şura sədri Azay Quliyev Şuranın fəaliyyəti haqqında səfirə ətraflı məlumat verib. Azay Quliyev Şuranın yarandığı gündən QHT-lərə konsultativ, informasiya, təşkilati-texniki, maliyyə və metodik dəstək  verdiyini deyib. Ötən 8 il ərzində Şura 4500-dən artıq yerli QHT-nin , 2013-cü ildən isə 60-a yaxın xarici QHT-lərin layihəsini maliyələşdirib. Şura sədri QHT-lərlə bağlı qanunvericiliyinə edilən son əlavə və dəyişikliklərin əsas məqsədinin QHT-lərin fəaliyyətində şəffaflıq və hesabatlılığı artırmaq və effektiv koordinasiyanı təmin etmək olduğunu səfirin diqqətinə çatdırıb.

A.Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində indiyədək hər hansı irəliləyişin əldə olunmamasına görə obyektiv və ədalətli mövqe tutmayan beynəlxalq ictimaiyyətin böyük məsuliyyət daşıdığını qeyd edib. ATƏT-in Minsk Qrupunun fəaliyyətini tənqid edən Azay Quliyev 2007-ci ildə BMT Baş Assambleyasının iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair” qətnamənin əleyhinə səs verən 7 ölkədən 3-nün həmsədr ölkələr olduğunu vurğulayıb: “Bu yaxınlarda ATƏT PA-da Robert Volterin müəllifi olduğu "Dağlıq Qarabağ Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" adlı hesabatın müzakirəsi ilə bağlı Minsk Qrupu həmsədrlərinin verdiyi bəyanat faktiki olaraq Ermənistanın müdafiəsinə yönəlmişdir.  Həmsədrlər bu bəyanatla digər beynəlxalq təşkilatların problemin həllinə töhvə verməsinə qarşı çıxmış və bu məsələnin inhisarlarından kənara çıxmasına razı olmadıqlarını bəyan etmişdir”.

A.Quliyev İsveçin adıçəkilən münaqişənin həlli prosesində daha aktiv rol oynamasının və münaqişə ilə bağlı həqiqətlərin Avropanın siyasi dairələrinə çatdırılmasında səylərinin artırmasının vacibliyini qeyd edib.

Ətraflı məlumata görə Şura sədrinə təşəkkürünü bildirən xanım İ.Tersman İsveç Krallığının xarici işlər naziri, xanım Margot Vallströmin bu günlərdə Azərbaycana etdiyi səfərində qeyd olunan məsələlərin müzakirə edildiyini bildirib. Xanım İnqrid Tersman bu səfərin iki ölkə arasında münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyini göstərdiyini deyib. 

Görüş müxtəlif mövzular ətrafında müzakirələrlə davam etdirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar