Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azər Qasımlının ölkədən çıxışına icazə verilmədi


“ReAL” Hərəkatı İdarə Heyətinin üzvü Azər Qasımlının ölkədən çıxışına icazə verilməyib


Musavat.com xəbər verir ki, bu barədə məlumatı A.Qasımlı öz şəxsi “facebook” səhifəsində açıqlayıb. 

O, bildirib ki, sentyabrın 28-də xaricə gedərkən “Böyük Kəsik” keçid məntəqəsində saxlanılıb: “Gürcüstana gedirdim. “Böyük Kəsik” keçid məntəqəsində mənə bildirdilər ki, ölkədən çıxışma qadağa qoyulub. Amma ölkədən çıxışa qadağa qoyulması barədə mənə əvvəlcədən hər hansı xəbərdarlıq edilməyib”.

A.Qasımlı məsələ ilə bağlı Baş Prokurorluğun Ağır Cinayyətlər İdarəsinin müstəntiqi Orxan Babayevə zəng etdiyini qeyd edib: “Mənimlə bağlı hər hansı cinayət işinin olması barədə məlumatım yoxdur. Məsələni araşdırmaq üçün ayyarım əvvəl dindirildiyim Baş Prokurorluğun Ağır Cinayyətlər İdarəsinin müstəntiqi Orxan Babayevə zəng etdim. Mənə bildirdilər ki, məsələni araşdırıb, məlumat verərlər”.

A.Qasımlı baş vermiş olan hadisənin təmsil olunduğu Respublikaçı Alternativ təşkilatına qarşı təzyiq ilə əlaqələndirib: “Hansı idarənin ölkədən çıxışıma qadağa qoymasını dəqiq deyə bilmərəm. Lakin bu qərarın qeyri-qanuni olduğu, şəxsən mənə və təmsil olunduğum Respublikaçı Alternativ təşkilatına qarşı təzyiq olduğu aydındır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar