Cümə, 15 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Azərbaycan-Aİ biznes-forumuna maraq artıb


İyunun 5-də Bakıda keçiriləcək Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes-forumunda iştirak edəcək şirkətlərin sayı ötən illə müqayisədə çox olacaq


"Report" xəbər verir ki, bunu Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, 2017-ci ildə keçirilmiş eyni tədbirdə 400 şirkət iştirak edib. Bu il isə 500-dən çox şirkət artıq iştirakını təsdiqləyib. 

"Bu il xüsusilə Azərbaycanda fəaliyyət göstərən Aİ ölkələrinə məxsus şirkətlərin sayı çoxalıb. Biznes-forumda iştirak üçün qeydiyyat hələ başa çatmayıb. İştirakçıların sayı arta bilər", - deyə o, qeyd edib. 

Qeyd edək ki, tədbirdə iqtisadiyyatın şaxələndirilməsi və bunun üçün həyata keçirilən iqtisadi islahatlar əsas müzakirə mövzularından biri olacaq. Biznes-forum əsasən 4 sahəyə fokuslanacaq: kənd təsərrüfatı və ərzaq; tikinti və avadanlıqlar; nəqliyyat və logistika; informasiya texnologiyaları. 

pia.az
Etiket:
loading...
-->