Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Ermənistan cəbhəsində vəziyyət gərgindir



Siyasi və hərbi ekspertlərdən maraqlı reaksiyalar var; düşmən əsgər çatışmazlığı ilə üz-üzədir...


12 noyabrda düşmən vertolyotunun məhv edilməsindən sonra bölgədə arzuolunmaz situasiyanın hər an yarana biləcəyi artıq şübhə doğurmur. 

Elə buna görədir ki, beynəlxalq aləm də Azərbaycanın haqlı olduğunu bildiyi üçün sadəcə sülh çağırışları etməkdədir. Düzdür, ermənilər vay-şivən qoparsalar da, vertolyot hadisəsinə arzuladıqları reaksiyanı ala bilmədikləri üçün pərtdirlər.

Ancaq görünən budur ki, Azərbaycanın hərbi cəhətdən işğalçı ölkəni bir neçə dəfə üstələdiyini görən dünya gücləri bu situasiyada yalnız sülhməramlı çağırışlar etməyə üstünlük verir. Sonuncu belə reaksiya ABŞ-dan gəlib. Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke Dağlıq Qarabağ münaqişəsi haqqında bəyanatla çıxış edərək Ermənistanı və Azərbaycanı sülh danışıqlarının davam etdirilməsi üçün bütün səyləri artırmağa çağırıb (ANS).

Bu arada Azərbaycanın müdafiə naziri Zakir Həsənovun cəbhə xəttinə etdiyi növbəti səfər və döyüş hazırlığının yoxlanılması müşahidəçilər tərəfindən təqdir olunur. Hesab olunur ki, indiki mürəkkəb şəraitdə ordu rəhbərliyinin ön cəbhədəki əsgərin yanında olması döyüş ruhunu artıran amillərdəndir. Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən noyabrın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov döyüş hazırlığının yoxlanılması məqsədilə cəbhə bölgəsində yerləşən hərbi hissə və birləşmələrdə olublar. Cəbhənin ön xəttində yerləşən ümumqoşun və artilleriya təlim mərkəzində olan müdafiə naziri taktiki məşqləri və kəşfiyyat bölmələrinin hazırlığını yoxlayıb. 

Raket və artilleriya qoşunlarının hərbi hissəsində olan nazirliyin rəhbərliyi vəziyyətlə yerində tanış olaraq onların döyüş hazırlığı, hərbi texnikanın döyüş imkanları, qərargahlar tərəfindən tapşırıqların icrası, həmçinin hərbi hissələrin idarəetmə fəaliyyəti və şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanıblar. Döyüşə hazırlıq səviyyəsini yoxlamaq məqsədilə həyəcan siqnalı ilə qaldırılan raket və artilleriya birləşmələri müdafiə naziri tərəfindən göstərilən tapşırıqların yerinə yetirilməsi məqsədilə real döyüş şəraitinə uyğun olaraq atışlar icra ediblər. Həmçinin müxtəlif artilleriya vasitələrindən döyüş tətbiqi icra olunub, yeni alınan minaatan və ağır odatan sistemlərdən (AOS-1A), hazır olan və əvvəlcədən hazır olmayan mövqelərdən döyüş atışları həyata keçirilib. Məlumatda deyilir ki, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən cəbhə bölgəsində yerləşən hərbi hissə və birləşmələrin döyüş fəaliyyətlərinin inspeksiya yoxlanılması davam edir.

Yeri gəlmişkən, Ermənistanın tert.am saytı dərc etdiyi bir xəbərlə Dağlıq Qarabağın işğal edilmiş Azərbaycan ərazisi olduğunu etiraf edib. Məlumata görə, 25 noyabr saat 17 radələrində sayta yerləşdirilmiş xəbərin başlığında iri hərflərlə bildirilib ki, Ermənistandan Qarabağa hərbi təlimlərə göndərilmiş helikopterlər daimi dislokasiya yerlərinə qayıda bilmir. Xəbərin içində isə Dağlıq Qarabağın işğal olunmuş Azərbaycan ərazisi olduğu yazılıb. Xəbərdə həm də vurğulanıb ki, iki ədəd hərbi helikopter təlimlər zamanı Azərbaycan tərəfindən atəşə tutulub və yararsız hala düşüb, hazırda həmin helikopterləri təmir etməyə çalışırlar. Maraqlısı odur ki, xəbər 10 dəqiqə saytda qalıb və daha sonra çıxarılıb (ANS) Erməni mətbuatı xəbərin hakerlər tərəfindən sayta yerləşdirildiyinə inanmırlar. Tert.am özü də bu barədə heç bir açıqlama verməyib.

Noyabrın 26-da isə müdafiə naziri və Baş Qərargah rəisi cəbhəboyu rayonlarda yerləşən hərbi hissə və birləşmələrdə aparılan tikinti-quruculuq işlərini yoxlayıblar. Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsindəki hərbi şəhərciklərdə aparılan tikinti və quruculuğun gedişatını yoxlayıb, görülən işlərlə yaxından tanış olublar. 

Qərargah, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikası üçün saxlanclar, qarovul şəhərcikləri, avtopark, sıra meydanı, yeməkxanalar, əsgər klubu, tibb məntəqəsi, idman meydançası, qazanxana-camaşırxana-hamamxana kompleksləri, transformator yarımstansiyası və eləcə də tikinti gedən digər obyektlərdə olan Müdafiə naziri müvafiq tapşırıq və tövsiyələrini verib. Müasir tələblər çərçivəsində yenidən qurulan hərbi şəhərciklərdə zəruri hərbi infrastrukturlarla yanaşı müasir tələblərə cavab verən, bütün məişət şəraiti ilə təmin edilmiş, həmçinin ailəli hərbi qulluqçuların sosial-məişət ehtiyacları da nəzərə alınmaqla geniş mənzillər, eləcə də subay zabit və gizirlər üçün yataqxana komplekslərinin tikilməsi də nəzərdə tutulub.
Görülən işlərin 2015-ci il ərzində başa çatdırılması planlaşdırılır.

****



Politoloq Elxan Şahinoğlu nazirin son addımlarını təqdir etdi: “Zakir Həsənov müdafiə naziri təyin olunduğu gündən qollarını çırmalayaraq müdafiə sahəsində qayda-qanun yaratmağa çalışır. Nazir birinci mərhələdə ordunun ərzaqla təchizatını diqqət mərkəzinə gətirdi, qida məhsullarının çeşidi və keyfiyyəti artırıldı. Daha sonra hərbçilərin geyiminin NATO standartlarına uyğunlaşdırılması qərarı verildi. Zakir Həsənov ayrıca, nazir təyin olunduğu gündən bu yana hərbi təlimlərin sayını da artırıb. Keçmiş nazir Səfər Əbiyevin Azərbaycanın hansısa bölgəsinə səfər edərək hərbi kazarmanı ziyarət etməsi nadir hadisə sayılırdı, Zakir Həsənov üçün isə bu adi iş rejiminə çevrilib. Zakir Həsənov bir növ səhra komandirinə çevrilib. Bu belə də olmalıdır. Müdafiə nazirinin bütün gününü Bakıda isti kabinetdə keçirməsinə ehtiyac yoxdur. Cəbhə xətti Bakıdan deyil, Tərtərdən, Ağdamdan və digər rayonlarımızdan keçir. Ona görə də müdafiə nazirinin vaxtının çoxunu məhz bu rayonlarda keçirməsi doğru yanaşmadır”.

E.Şahinoğlu bir məqamı da qeyd etdi: “Bu, separatçılara da vacib mesajdır ki, özlərini sərbəst və rahat hiss etməsinlər, Azərbaycan ordusunun istənilən an işğal altındakı torpaqları azad etməyə hazır olduğunu anlasınlar. Məsələn, separatçılar keçmiş illərdə də işğal altındakı torpaqlarda hərbi təlimlər keçirərdilər və ordumuz bunu kənardan seyr edərdi. İndi isə şərtlər dəyişib, artıq erməni separatçıları helikopterin vurulmasından sonra anladılar ki, əvvəlki kimi rahat şəkildə işğal altındakı torpaqlarda hərbi təlimlər keçirə bilməyəcəklər”.



Hərbi ekspert Azad İsazadə bildirdi ki, bu gün Azərbaycan-Ermənistan cəbhəsində vəziyyət gərgindir: “Hər bir an cəbhədə hansısa dəyişiklik baş verə, gərginlik arta bilər, bu, bir reallıqdır. Ancaq bu gərginlik nə qədər davam edəcək və nə ilə nəticələnəcək, demək çətindir, həmçinin tezdir. Vəziyyət onsuz da sabit deyildi, vertolyot hadisələrindən sonra ermənilər vəziyyəti daha da gərginləşdirməyə çalışırlar. Odur ki, Azərbaycan ordusunu hazır vəziyyətə gətirmək müsbət haldır. Biz daim bütün təxribatların qarşısını almağa, düşməni dəf etməyə hazır olmalıyıq. Yəni biz də qəbul etməliyik ki, vəziyyət hər an dəyişə bilər. Digər tərəfdən, cəbhə bölgəsindəki bu cür tədbirlər düşmənə mesajdır”.

Bu mənada A.İsazadə ordu rəhbərliyinin düşmənin davranışlarına verdiyi reaksiyanı məntiqli sayır: “Müdafiə Nazirliyi rəhbərliyinə hansısa irad tutmağa səbəb yoxdur. Sözsüz ki, gücümüzü artırmaq istiqamətində atılan addımlar müsbət haldır. Digər tərəfdən, başa düşməliyik ki, məşhur ifadə ilə desək, tamaşanın əvvəlində divardan tüfəng asılıbsa, sonunda mütləq atəş açılma ehtimalı var. Bu gün regionda qeyri-sabit vəziyyət hökm sürür, bunu yaddan çıxartmaq olmaz. Cənubi Qafqazda bu qədər silahların yığılması qaynar münaqişəyə gətirib çıxara bilər. Azərbaycanda hərbi büdcənin artırılması, yeni silahların alınması halında erməni iqtisadiyyatı çökür, bu, real mənzərədir. Ancaq yenə də düşməndən qat-qat üstün olmaq istiqamətində tədbirlər davam etdirilməlidir”.



Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov da müdafiə naziri Zakir Həsənovun cəbhə bölgəsindəki son addımlarını təqdir etdi: “Bu, çox yaxşı haldır. Nazirin bütün komandası ilə birlikdə döyüş bölgəsinə nəzarət etməsi, artilleriya qoşunları üçün alınmış odatan silahlardan təlim məqsədilə atəşin açılması, hədəflərin müəyyən olunması, həmçinin general Qorxmaz Qarayev və digər şəxslərlə birlikdə şəxsi heyətin vəziyyəti ilə maraqlanması, yeni kazarmaların tikintisinə nəzarət etməsi çox müsbət hallardır. Nəzərə alsaq ki, Ermənistan 12 noyabr hadisələrdən sonra daha da aqressivləşib, Azərbaycanın qabaqlayıcı addımlar atması çox vacibdir. Sadəcə, komandanlıq nəzərə almalıdır ki, bizim əsgərlərin həyatını qorumalıdır və əsgərlərimiz də son dərəcədə ehtiyatlı olmalıdır. Çünki qarşıdakı düşməndir və o, çox hiyləgərdir”. 

****
Bu arada Azərbaycanın güc nümayişinin qarşılığında Ermənistan artıq əsgər çatışmazlığı ilə üz-üzə qalıb. Məlumata görə, bu ölkədəki çağırışçı sayını müəyyən etmək istəyən istənilən beynəlxalq cəhdi düşməncəsinə qarşılayırlar. Axırıncı belə bir hadisə keçən ay baş vermişdi. Ermənistanın Avrasiya İttifaqına daxil olması münasibətilə gəlmiş Rusiya hərbi nümayəndə heyətinin bu cəhdi erməni mətbuatında sərt tənqid edilmişdi. ANS-in araşdırmasına görə, Ermənistan rəsmilərinin bu cidd-cəhdi erməni ordusunun dəqiq sayını gizlətmək istəyi ilə bağlıdır. 

Məlumatda deyilir ki, TACİS proqramı tərəfindən Cənubi Qafqaz ölkələri üzrə 2000-ci ildə buraxılmış statistika toplusunda 1996-cı ildə Ermənistanda təxminən 25 min oğlan dünyaya gəlib. Həmin müddətdən bu yana Ermənistanda rəsmi qeydiyyata olan əhali təxminən 20 faiz azalıb. Beləliklə, Ermənistan həm işğal edilmiş Azərbaycan ərazilərində, həm də öz ərazilərində dislokasiya olunmuş silahlı qüvvələrinə ildə 20 mindən artıq çağırışçı təmin edə bilməz. Xəstələri, tələbələri və s. Nəzərə aldıqda real say daha aşağıdır. Ermənistanda müddətli hərbi xidmətin 2 il olduğu nəzərə alınarsa, düşmən ordusunun əsgər sayının 40 mindən çox olmadığını anlamaq olur. Halbuki Ermənistan rəhbərliyi toplam güclərinin 70-80 min ətrafında dəyişdiyini iddia edir. Məhz bu cür müəmmalı məlumatlara görə, beynəlxalq təhlil qurumları tutduqları reytinq siyahılarına Ermənistan ordusunu salmırlar. Azərbaycan ordusu isə Rusiya, Ukrayna və Özbəkistan ordularından sonra postsovet məkanı üzrə 4-cü yeri tutur. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar