Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Avropa İttifaqının cavabını verdi


"Məhkəmənin qərarı ilə təsbit olunmuş fərdi cinayət məsuliyyətinə münasibətdə Avropa İttifaqı (Aİ) və Böyük Britaniya tərəfindən də göstərilən əlahiddə diqqət təəccüb doğurmaya bilməz"


Bunu Aİ və Böyük Britaniya Xarici İşlər Nazirliyinin Rəsul Cəfərov barəsində məhkəmə qərarına dair bəyanatına cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikasında qanunun aliliyi, fundamental azadlıqların qorunması və məhkəmə sisteminin müstəqilliyi tam təmin olunub: "Qanun qarşısında hamı bərabərdir və insan hüquqlarının müdafiəçisi kimi fəaliyyət heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir".

H.Hacıyev vurğulayıb ki, Azərbaycan Respublikası tərəfindən beynəlxalq səviyyədə qəbul edilmiş öhdəliklərinə tam şəkildə əməl edilir: "Rəsul Cəfərov vergidən yayınma, mənimsəmə və digər qanuna zidd əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunub və onun bu əməlləri məhkəmə qaydasında sübuta yetirilib. Məhkəmə qərarından apellyasiya vermək barəsində hər kəsin hüququ qanunla təsbit olunub".

XİN rəsmisi bildirib ki, insan hüquqlarına dair fundamental beynəlxalq sənədlərə uyğun olaraq, bu kimi “həssas və birmənalı” münasibətin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı nəticəsində hüquq və azadlıqlarından məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpasına da göstərilməsi həqiqi ədalətli yanaşma olardı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar