Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Avropa Şurasından imtina edir?


Azərbaycanda Avropa Məhkəməsinin qərarlarının icrasından imtinanı nəzərdə tutan qanun hazırlanır. Bu barədə ötən həftədən xəbərlər yayılıb


Bildirildiyinə görə, Azərbaycan üzv olduğu insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının icrası qaydalarını dəyişdirir. “Report” xəbər verib ki, Milli Məclisin yaz sessiyasında bununla bağlı yeni qanunun qəbul edilməsi nəzərdə tutulub.

Yeni qanun konstitusiya qanunu statusunda olacaq. Hətta o da qeyd olunur ki, parlamentin yaz sessiyasının qanunvericilik işləri planına “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihəsinin müzakirəsi və qəbulu məsələsi daxil edilib. Məlumata görə, qanun layihəsini Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi hazırlayacaq, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunacaq və daha sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə bir neçə dövlətlərarası orqanın üzvüdür. Bunlar İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Avropa Şurası, BMT və başqa qurumlardır.

PİA.AZ “Yeni Müsavat”a istinadən xəbər verir ki, bəzi mənbələr hesab edir ki, Azərbaycanın qanunvericiliyə əlavələr etməsi erməni hərbçinin qətlində günahlandırılan zabitimiz Ramil Səfərovun ermənilər tərəfindən Avropa İnsan Haqları Məhkəməsinə verilməsinə cavabdır. Yəni hesab olunur ki, Avropa Məhkəməsi Azərbaycanın qarşısında R.Səfərovla bağlı hansısa tələb qoyarsa, Bakı onun icrasından imtina etsin. Çünki bu, Azərbaycan üçün çox prinsipial məsələdir.

Ancaq digər mənbələr qanuna düzəlişlərin sırf daxildəki problemlər, Azərbaycandan Avropaya ünvanlanan şikayətlərlə bağlı olduğu qənaətindədir. Avropa Məhkəməsi Azərbaycanla bağlı onlarla qərar qəbul edib və onların bir çoxu, xüsusilə də maddi təzminat hissəsi icra olunub. Xatirladaq ki, İnsan Haqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycanla bağlı 80-dən artıq qərar qəbul edilib, onların təqribən 55 faizində Əsas İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının müddəalarının pozuntusu müəyyən olunub. Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bir müddət əvvəl demişdi ki, Konvensiyanın pozuntusu müəyyən edilən işlər üzrə Azərbaycan hökuməti təxminən 400 min avro məbləğində cərimələnib.

Qərarlar üzrə şikayətçilərə ödənilməli olan kompensasiyaların vaxtında ödənildiyini deyən Ç.Əsgərov bildirib ki, ödənişlə bağlı indiyədək heç bir problem yaranmayıb. “Avropa Məhkəməsinin qərarı qəbul edildikdən 3 ay sonra qüvvəyə minir. Kompensasiyalar vaxtında ödənilməzsə, faizlər hesablanır. Bizdə ödənişlə bağlı problem yoxdur. İndiyədək Avropa Məhkəməsinin qərarları üzrə şikayətçilərə 400 min avroya yaxın təzminat ödənilib”, - səlahiyyətli nümayəndə deyib. “Həmin işlərdə pozuntular namizədliyin qeydə alınmaması, namizədliyin ləğv edilməsi, ya da seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlıdır. Artıq Avropa Məhkəməsinin icraatında seçkilərlə bağlı şikayətlər qalmayıb”, - o bildirib.

Səlahiyyətli nümayəndə qeyd edib ki, ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu ilə bağlı şikayətlər daha çox məhkəmə baxışında tərəflərin iştirakının təmin olunmaması ilə bağlıdır. Göründüyü kimi, cərimənin məbləği kifayət qədər böyükdür. Çoxdan idi ki, hakim partiya təmsilçiləri Avropa Məhkəməsində dövlətin cərimələnməsi ilə bağlı qərarlara etiraz etməklə yanaşı, bu cərimə sanksiyalarının hətta yanlış qərarları ilə dövləti pis vəziyyətdə qoyan hakimlərin üzərinə yönəldilməsini təklif edirdilər.

Elə bu yaxınlarda siyasi məhbus kimi təqdim olunan Hilal Məmmədovla bağlı 15 min avroluq cərimə sanksiyası qəbul edildi və icrası üçün Bakıya yönəldildi. Xüsusilə də maliyyə problemlərinin olduğu bir ərəfədə Avropadan cərimələnmə ilə bağlı qərarların gəlməsi sözsüz ki, hökuməti narahat edir. Bu mənada alternativlərə əl atılması anlaşılan hesab edilir.

Qeyd edək ki, Milli Məclisin fevral ayının 12-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb və burada sözügedən məsələnin müzakirəsi nəzərdə tutulmur.

Qəribəsi odur ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri belə bir təşəbbüsdən xəbərsiz olduqlarını dedilər.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi ki, belə bir qanun qəbul olunsa belə, onun icrası mümkün deyil: “Biz Avropa Şurasının üzvüyük, bunu unutmamalıyıq. Əgər biz Avropa Şurasının üzvüyüksə, quruma üzv qəbul olunarkən üzərimizə öhdəliklər götürüb ora qol çəkmişiksə, Avropa Məhkəməsinin qərarlarını icradan imtinamız mümkün deyil. Onda gərək ilk növbədə Avropa Şurasından imtina edək. Hətta 6 ay müddətində rusları Avropa Şurasından məhrum etmişdilər, amma Rusiya özü də Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icradan imtina etmədi. Belə bir presedent mənə məlum deyil”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar