Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan EQAR-a üzv seçildi



Latviyanın paytaxtı Riqada Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Avropa Reyestri (EQAR) təşkilatının Baş Assambleyasının iclasında Azərbaycan yekdilliklə EQAR-a üzv seçilib


Təhsil Nazirliyindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının bu beynəlxalq təşkilata üzvlük məsələsi müzakirə olunub. 

Avropa Şurasının, Avropa Komissiyasının və Bolonya sisteminə üzv ölkələrin nümayəndələrinin də iştirak etdiyi səsvermədə Azərbaycan yekdilliklə EQAR-a üzv seçilib.

EQAR-ın Baş Assambleyasının iclasında ölkəmizi Təhsil Nazirliyinin hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin əməkdaşı Əfqan Abdullayev təmsil edib.

Ə.Abdullayev Baş Assambleyadakı çıxışında son illərdə Azərbaycanda təhsil sahəsində görülən işlər barədə geniş məlumat verib.

EQAR-ın prezidenti Andreas Orfanides Azərbaycanın sürətli inkişafından, təhsil sahəsində aparılan islahatlardan danışıb. A.Orfanides birinci Avropa Oyunlarından da söz açıb, onun Bakıda keçirilməsinin Azərbaycanın artan nüfuzunun göstəricisi olduğunu deyib. Sonra Azərbaycan haqqında beş dəqiqəlik video-təqdimat olub.

Qeyd edək ki, EQAR Bolonya prosesinə üzvü ölkələrin mandatı ilə Ali təhsildə keyfiyyətin təminatı üzrə Avropa Assosiasiyasının (ENQA), Avropa Universitetlər Assosiasiyasının (EUA), Ali təhsil müəssisələrinin Avropa Assosiasiyasının (EURASHE) və Avropa Tələbələr Birliyinin (ESU) təşəbbüsü əsasında ali təhsildə keyfiyyətə nəzarət üçün yaradılmış ilk rəsmi qurumdur. Ümumilikdə 36 ölkə EQAR-ın üzvüdür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar