Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Ermənistana mal ixrac edir?


Bu günlərdə Azərbaycan gömrükçüləri Gürcüstanla sərhəddə ölkəyə Ermənistan əriyinin gətirilməsinin qarşısının alındığını açıqladı


Dövlət Gömrük Komitəsinin yaydığı məlumatdan bəlli olurdu ki, erməni dilində dərc edilmiş qəzetlərlə qablaşdırılmış bir neçə ton əriyin Gürcüstan üzərindən Azərbaycana daxil olmasının qarşısı alınıb.

Gömrükçülər əriyin erməni mənşəli olmasını təbii ki, qəzetdən biliblər. Çünki ərik ağacı yetişdirdiyi meyvənin üzərində “Made in Armenia” yazmır.

Bundan əvvəl də Ermənistan mənşəli müxtəlif malların, o cümlədən kənd təsərrüfatı məhsullarının, siqaretin və spirtli içkilərin Gürcüstan üzərindən Azərbaycana keçirilməsi hallarına rast gəlinib. Eləcə də Azərbaycan mənşəli malların, məsələn, “Azərsun”un istehsal etdiyi çayların Gürcüstan üzərindən Ermənistana daşınması və satılması halları məlumdur.

Bəs rəsmi olaraq necə? Azərbaycandan Ermənistana mal ixracı mümkündürmü?

Belə görünür ki, mümkün olur. Ermənistanda dərc edilən “Dördüncü hakimiyyət” qəzetinin yazdığına görə, düşmən ölkənin Statistika Xidmətinin məlumatlarında Azərbaycandan mal ixracına dair məlumata rast gəlmək olar.

Doğrudur, Azərbaycandan idxal edilən malların həcmi çox cüzidir, lakin faktın özü maraqlıdır. Azərbaycandan Ermənistana mal ixrac edildiyinə dair fakt bu ölkənin Maliyyə Nazirliyinin gömrük xidmətinin 2014-cü ilə dair hesabatında yer alıb. Orada göstərilir ki, Azərbaycandan Ermənistana 600 dollarlıq mal idxal edilib.

Malın nədən ibarət olduğu hesabatda göstərilmir, ancaq ehtimal edilir ki, söhbət xalçadan gedir. Yeri gəlmişkən qəzet yazır ki, Azərbaycandan Ermənistana 2011-ci ildə 8,5 min dollarlıq xalça idxal edilib.

Lakin virtualaz.org saytı təxmin edir ki, Ermənistan gömrüyünün statistikasında yer almış bu fakt əslində idxal deyil. Ola bilsin ki, Azərbaycana səfər etmiş xarici ölkə rəsmilərindən kiməsə Bakıda protokol qaydalarına uyğun olaraq xalça hədiyyə edilib, həmin rəsmi daha sonra hədiyyə ilə birlikdə Bakıdan İrəvana uçub və gömrük yoxlamasında ona Azərbaycanda hədiyyə verilmiş xalça idxal kimi rəsmi qeydiyyata alınıb.

Çünki məlumdur ki, Azərbaycana səfər edən yüksək vəzifəli xarici ölkə təmsilçiləri, məsələn, ABŞ dövlət katibinin müavinlərinə, ATƏT-in fəaliyyətdə olan sədrinə, digər qonaqlara protokol qaydalarına uyğun olaraq milli xalçalar və digər suvenirlər hədiyyə edilir. Bir qayda olaraq bu rəsmilər regionun hər üç ölkəsinə səfər edirlər.(virtual.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar