Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Ermənistanın cavabını verdi


"Ermənistanda bir nəfər də olsun azərbaycanlı və ya bir dənə Azərbaycan məscidi varmı?"


  Sentyabrın 11-12-də Tiflisdə “Cənubi Qafqazda din və etiqad azadlığı” mövzusunda beynəlxalq konfrans keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, Niderland Xarici İşlər Nazirliyi, BMT-nin insan hüquqları üzrə ali komissarının ofisi və Azlıqların məsələləri üzrə Avropa Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransın məqsədi Cənubi Qafqazda vicdan azadlığı ilə bağlı mövcud vəziyyəti müzakirə etmək və dini icmalar arasında əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparmaqdan ibarət olub.

Konfransda Azərbaycan, Gürcüstan və Ermənistandan müvafiq dövlət qurumlarının nümayəndələri və müxtəlif dini konfessiyaların təmsilçiləri iştirak ediblər. Konfransa Azərbaycandan Prezident Administrasiyasının, Ombudsman Aparatının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, eləcə də ölkədə fəaliyyət göstərən əksər dini konfessiyaların nümayəndələrindən ibarət heyət qatılıb.

Nümayəndə heyəti konfransdan öncə ulu öndər Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət edib və Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyində olub.

Tədbirin birinci günü Ombudsman Aparatının sektor müdiri Rəşid Rumzadə, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullah, Azərbaycan Avropa Yəhudiləri dini icmasının ravvini Şneor Seqal Azərbaycanda mövcud dini vəziyyət, dövlətin dini icmalara qayğısı, ölkəmizin tolerantlıq ənənələri, dini konfessiyalar arasında əməkdaşlıq mühiti barədə çıxış ediblər.

Konfransın ikinci günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Alban-Udin dini icmasının sədri Robert Mobili, Rus Pravoslav kilsəsinin BakıAzərbaycan yeparxiyasının nümayəndəsi Mifodi, “Həyat sözü” dini icmasının müavini Elçin Paşayev, QMİ-nin şöbə müdiri Zülfüqar Fərzəliyev sadalanan mövzularda məruzə ediblər.

Dövlət Komitəsinin sədr müavini G.İsmayılov təqdimat zamanı ölkəmizdə dini durumla bağlı ümumi mənzərə, Azərbaycanda din-dövlət münasibətləri sahəsində qanunvericilik, ölkəmizin din siyasəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini icmaların fəaliyyətinin istiqamətləndirilməsi və onlara yardım göstərilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib.

G.İsmayılovun Azərbaycan torpaqlarının işğalı nəticəsində dini abidələrimizin dağıdılması və insan hüquqlarının pozulması barədə Azərbaycan həqiqətlərini konfrans iştirakçılarına çatdırması erməni nümayəndə heyətini qıcıqlandırıb. Onların Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizdəki tolerantlıq barədə məlumatların guya şişirdilməsi fikirlərinə sədr müavini G.İsmayılov cavab verərək bildirib ki, onun özü 10 yaşında ikən Laçın rayonundan məcburi köçkün kimi Bakı şəhərinə gəlib və hazırda yaşadığı bu şəhərdə azərbaycanlılarla bərabər ermənilər də yaşayır, Bakının mərkəzindəki erməni kilsəsi isə dövlət tərəfindən bərpa edilib. O, erməni iştirakçılara ritorik sual ünvanlayıb: “Ermənistanda bir nəfər də olsun azərbaycanlı və ya bir dənə Azərbaycan məscidi varmı?”


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar