Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Fransaya nota verib


Səbəb Fransa Milli Assambleyasının üzvü Fransua Roşeblounun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəridir


Fransa Milli Assambleyasının üzvü Fransua Roşeblounun Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfəri və 23-26 sentyabr tarixlərində Parisdə keçirilmiş beynəlxalq turizm sərgisində Ermənistana aid pavilyonda qondarma Dağlıq Qarabağ rejiminin də təmsil olunması ilə əlaqədar Azərbaycan Respublikasının Fransadakı səfirliyi tərəfindən Fransanın Xarici İşlər Nazirliyi, Fransa Milli Assambleyası və turizm sərgisinin təşkilatçısı olan şirkətə müvafiq olaraq etiraz notası və məktubları göndərilib. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev məlumat verib.
 
H. Hacıyev bildirib ki, Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə bu ilin oktyabr ayının sonunda Fransada AzərbaycanErmənistan prezidentlərinin görüşünün keçirilməsi ərəfəsində Ermənistan, Fransadakı erməni diasporu və onun bilavasitə təsiri altında olan Fransua Roşebloun kimi şəxslər tərəfindən məqsədyönlü şəkildə belə qeyri-qanuni əməllərə yol verilməsi ilk növbədə Fransaya qarşı törədilmiş təxribatçılıq cəhdidir: “Ermənistan və Fransadakı erməni diasporunun təsiri altında olan və şovinist və irqçi baxışlara malik Fransua Roşeblaun Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimlə qurduğu təmaslarla separatizm, etnik təmizləmə, insanlığa qarşı cinayətlər, işğal və təcavüzün təşviqinə rəvac verir”.     


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar