Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Rusiyadan taxıl idxalını azaldıb


Azərbaycan Rusiyadan idxal etdiyi taxılın həcmini xeyli azaldıb


"Report"un "İnterfax"a istinadən verdiyi məlumata görə, Azərbaycana 2015/2016 kənd təsərrüfatı ilində Rusiyadan idxal edilən taxılın həcmi 5,7%-dən 3,6%-ə düşüb. Beləliklə, Azərbaycanın Rusiyadan aldığı taxılın miqdarı 1,72 mln. tondan 1,21 mln. tonadək azalıb.

Bu dövrdə Rusiyanın Səudiyyə Ərəbistanına da taxıl ixracında cüzi azalma müşahidə edilib. Ərəb ölkəsinin Rusiyadan aldığı 2, 65 mln. ton taxılın miqdarı 2,4 mln. tona düşüb. Bu ölkənin Rusiyanın ümumi taxıl ixracında payı 8,8%-dən 7%-dək azalıb.

Türkiyə də Rusiyadan aldığı taxılın miqdarını 27% - 4,34 mln. tona kimi azaldıb. Türkiyənin payı 19,7%-dən 12,7%-ə düşüb. Rusiya taxılının əsas alıcılarından hesab edilən İran da idxalı 23% azaldıb. Rusiyadan İrana ixrac edilən taxılın miqdarı 2,88 mln. tondan 2,22 mln. tona, Rusiyanın ümumi taxıl ixracında payı isə 9,6%-dən 6,5%-ə qədər azalıb.

Qeyd edək ki, 2016-cı ildə Rusiyanın 106 mln. ton taxıl istehsal edəcəyi və bunun 30 mln. tonunun ixraca yönəldiləcəyi gözlənilir. Əlverişli şəraitdə isə bu rəqəmlərin müvafiq olaraq 110 mln. ton və 34-35 mln. ton olacağı ehtimal edilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar