Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Rusiyanın “beşinci kolon”udur?


Rusiya ilə hərbi saziş Azərbaycana nə vəd edir?


"Rusiya bu gün Azərbaycanı Qarabağla təhdid edir. Azərbaycanda isə hakimiyyət Rusiyanın “beşinci kalon”u olan ölkəni Qərbdən uzaqlaşdırıb Rusiyaya yaxınlaşdırır"

Zərdüşt Əlizadə: "AzərbaycanRusiya arasında imzalanan hərbi saziş Azərbaycanın təhlükəsizliyi baxımdan ziyanlı deyil, əksinə xeyirlidir".

Ərəstun Oruclu: "Azərbaycanın Rusiya ilə belə bir saziş imzalaması çox məntiqsiz bir şeydir".

MDB ölkələrinin baş qərargah rəislərinin Bakı səfəri və bunun ardınca AzərbaycanRusiya arasında hava hücumundan birgə müdafiə ilə bağlı əldə edilən razılaşma, ictimai-siyasi sferada ciddi müzakirə obyektinə çevrilib. Belə ki, məsələyə münasibət bildirən bəzi siyasilər bu razılaşmanı normal qəbul etsə də, onların bir çoxu baş verənləri Azərbaycanın milli maraqlarına zidd hesab edirlər. Rusiya-Azərbaycan hərbi əməkdaşlığı ölkəmizə nə vəd edir? Bu sualla PİA.AZ-ın əməkdaşı bir neçə politoloqa müraciət edib.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ərəstun Oruclu hesab edir ki, Azərbaycanın Rusiya ilə belə bir saziş imzalaması çox məntiqsiz bir şeydir: "Azərbaycanın indiki məqamda Rusiya ilə belə bir saziş imzalaması ölkəmizin milli maraqlarına o qədər də cavab vermir. Azərbaycanın Rusiya ilə belə bir saziş imzalaması çox məntiqsiz bir şeydir. Bu gün bütün dünya Rusiyanın təcavüzündən danışır. Azərbaycan isə məhz belə bir məqamda Rusiya ilə hərbi saziş imzlayır.

Lakin bir tərəfdən buna təəccüblənmək də lazım deyil. Vaxtiylə Vəfa Quluzadə “beşinci kalon” haqqında xəbərdarlıq edəndə, bir çoxları bunu istehza ilə qarşıladı. Bu gün məlum olduğu kimi Azərbaycan siyasəti anti-Qərb istiqaməti götürür. Bir tərəfdən sülh korpusunun Azərbaycandan çıxarılması, digər tərəfdən Rusiya ilə belə bir sazişin imzalanması, Azərbaycanın BMT-dəki nümayəndəsinin dəyişdirilməsi ciddi maraq və narahatlıq doğurur. Doğrudur, Azərbaycanın BMT-dəki nümayəndəsinin dəyişdirilməsinin arxasında konkret olaraq hansı maraqların dayandığını dəqiq söyləyə bilmərik. Lakin ehtimal edilir ki, Azərbaycan bununla BMT-də Ukraynanın ərazi bütövlüyündən yana səs vermənin yanlış bir addım olduğunu etiraf etmək istəyir. Ola bilsin ki, bu, Rusiyaya qarşı bir jestdir. Rusiya bu gün Azərbaycanı Qarabağla təhdid edir. Azərbaycanda isə hakimiyyət Rusiyanın “beşinci kalon”u olan ölkəni Qərbdən uzaqlaşdırıb Rusiyaya yaxınlaşdırır. Bu məsələdə görünür heç dövlət başçısı da proseslərə nəzarət edə bilmir. Artıq o da bu siyasətin təsiri altındadır”.

Politoloq Zərdüşt Əlizadə isə əksinə bu sazişin bizim xeyriyimizə olacağı qənaətindədir:

"AzərbaycanRusiya arasında imzalanan hərbi saziş Azərbaycanın təhlükəsizliyi baxımdan ziyanlı deyil, əksinə xeyirlidir. AzərbaycanRusiya arasında hava hücumundna birgə müdafiə ilə bağlı imzalanan sazişə məsələsində bir qədər fərqli mövqedəyəm.

Başqalarından fərqli olaraq bəndəniz Hava Hücumundan Müdafiə Qoşunlarının Baş Qərargahında iki il işləyib. Odur ki, hava hücumunun və ondan müdafiənin nə olduğunu çox gözəl bilirəm. Bu baxımdan deyə bilərəm ki, sözügedən saziş Azərbaycanın maraqlarına zidd deyil. Bu saziş Azərbaycana RusiyaErmənistanın mümkün hava hücumundan müdafiə olunması baxımından da müəyyən imkanlar yaradır. Burada bir məqamı da unutmaq lazım deyil ki, Azərbaycanın hava hücumundan müdafiə sistemlərinin demək olar ki, hamısı Rusiya istehsalıdır. Bundan başqa, Azərbaycana təhdid yalnız Rusiyadanmı gəlir? Məgər Rusiya Azərbaycana havadan hücum edəcək?

Əgər edəcəksə, o zaman hava hücumundan müdafiə sisteminin baza məlumatından istifadə edib özünü müdafiə edə bilər. Əgər belə bir təhdid Ermənistandan gələcəksə, o zaman Azərbaycanın yenə də bu məlumat bazasından istifadə edib özü üçün gərəkli informasiyanı toplamaq imkanı əldə edəcək”.

Niyaməddin
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar