Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Seulda keçirilən Qlobal Mədəniyyət Festivalında təmsil olunub

14-15 oktyabr tarixlərində Seulun Yongsan rayonunda keçirilən “İtaewon Global Village Festival”ında Azərbaycan ölkəmizin Koreya Respublikasındakı səfirliyi və Qaradağ rayon İcra Hakimiyyətinin dəstəyi ilə yüksək səviyyədə təmsil olunub


Bildirilir ki, 150 mindən artıq insanın iştirak etdiyi sözügedən festivalda Azərbaycana dair xüsusi milli guşə quraşdırılıb, ölkəmizin tarixini, mədəniyyətini əks etdirən sənət nümunələri, xalçalar, milli geyimlər və musiqi alətləri, müxtəlif suvenirlər, o cümlədən Azərbaycana dair foto-şəkillər nümayiş etdirilib. 

Bundan başqa, festivalın açılış mərasimində təşkil olunmuş konsert proqramı çərçivəsində Fikrət Əmirov adına rəqs qrupu geniş mədəni proqramla çıxış edib, Azərbaycan milli musiqisi koreyalı izləyicilərə təqdim olunub. Azərbaycan musiqiləri və milli rəqsləri böyük maraq doğurub.

Azərbaycanın sözügedən festivalda təmsil olunması Bakının Qaradağ rayonu ilə Seulun Yonqsan rayonu arasında əməkdaşlıq əlaqələrinin qurulması çərçivəsində baş tutub. 12-15 oktyabr tarixlərində Qaradağ rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı şəhərinin Qaradağ rayonu ilə Seul şəhərinin Yongsan rayonu arasında əməkdaşlıq əlaqələrin qurulması məqsədilə Koreyada səfərdə olub.

Səfər çərçivəsində Yongsan rayonun İcra hHakimiyyətinin binasında keçirilmiş görüş zamanı Yongsan rayonun İcra Hakimiyyətinin rəhbəri Song Chang-hyong və rayonun struktur rəhbərlərinin iştirakı ilə birgə toplantı keçirilib. Toplantıda İcra Hakimiyyətinin rəhbəri Song Chang-hyong, Azərbaycanın Koreya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rəmzi Teymurov və Qaradağ rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov çıxış edərək ölkələrimiz arasında mehriban dostluq əlaqələrin mövcud olduğunu və gələcəkdə hər iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini qeyd ediblər. Tədbirin sonunda tərəflər arasında dostluq əlaqələrini qurulmasına dair Memorandum imzalanıb.

Toplantıda Azərbaycanın sosial-iqtisadi inkişafına dair video çarx nümayiş etdirilib.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar