Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Türkiyə ilə Rusiya arasında vasitəçi ola bilər


Hakimiyyətin barış üçün vasitəçilik təşəbbüsünə müxalifətdən dəstək


Azərbaycan Türkiyə ilə Rusiya arasında yaranan gərginliyin aradan qalxması üçün vasitəçilik etmək istəyir. 

Son iki gündə Azərbaycan hakimiyyətinin təmsilçilərinin verdiyi açıqlamalardan belə məlum olub. Milli Məclisin sədri Oqtay Əsədov dünən bəyan edib ki, Azərbaycan Türkiyə ilə Rusiya arasında yaranan gərginliyin aradan qaldırılması üçün əlindən gələni etməyə hazırdır.

Bundan bir gün əvvəl isə baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan son günlərdə məlum insidentlə əlaqədar Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginləşməsindən təəssüflənir və narahatdır.

Ə.Əhmədov qeyd edib ki, Türkiyə bizim üçün qardaş və strateji müttəfiq ölkədir, Rusiya da Azərbaycanın yaxın qonşusudur, ölkələrimiz arasında hərtərəfli sıx dostluq əlaqələri mövcuddur: “Azərbaycanın həm Türkiyə, həm də Rusiya ilə əlaqələrinin böyük tarixə malik olduğunu ayrıca vurğulamağı lazım bilirəm. Azərbaycana dost olan ölkələrin arasında qarşıdurmanın yaranmasını və dərinləşməsini arzu etmirik. Biz mümkün qədər tezliklə hər iki ölkə arasında gərginliyin aradan qaldırılmasının tərəfdarıyıq. İnanıram ki, bu bütün tərəflərin maraqlarına cavab verir, habelə bölgədə xoşagəlməz proseslərin qarşısını almağa xidmət göstərə bilər. Qəti əminliklə demək istəyirəm ki, Azərbaycan tərəfi Türkiyə ilə Rusiya arasında yaranmış arzuolunmaz gərginliyin tezliklə aradan qaldırılması naminə hər iki ölkə ilə dostluq münasibətləri çərçivəsində xidmətlərini təklif etməyə, zəruri addımlar atmağa hazırdır”.

Müxalifət partiyaları Azərbaycanın Türkiyə və Rusiya münasibətlərinin düzəlməsi üçün vasitəçilik etməsi məsələsinin gündəmə gətirilməsini müsbət qarşılayıblar. 

KXCP sədri Mirmahmud Mirəlioğlu “Yeni Müsavat”a bildirdi ki, əgər hakimiyyət Türkiyə ilə Rusiyanın münasibətlərinin normallaşmasına yardım etmək təşəbbüsünü qaldırırsa, bunu normal təşəbbüs hesab etmək lazımdır. Eyni zamanda bu təşəbbüsün real işə çevrilməsi istiqamətində addımlar atılmalıdır: “Azərbaycan bu müsbət təşəbbüsü rəsmi olaraq qaldırsın. Türkiyə ilə Rusiya bunu qəbul edər, ya eləməz, bu başqa məsələdir. Bu gün Türkiyənin xarici işlər naziri Bakıdadır. Bəlkə də indi söhbət etdiyimiz məsələ ilə bağlı da bir məsləhətləşmə olub. O da istisna deyil ki, Rusiyadan Türkiyə ilə münasibətlərin normallaşması, Putinin səhvinin yuyulması üçün mesaj verilsin. Azərbaycan hakimiyyətinin təmsilçiləri də buna görə barışdırıcılıq təşəbbüsündə bulunurlar. Hər bir halda barışdırıcılıq missiyası müsbət missiyadır. Qardaş Türkiyə ilə qonşuluğumuzda olan Rusiya arasında gərginliyin artması Azərbaycanın xeyirinə deyil. Ona görə də Azərbaycanın münasibətlərin normallaşmasını istəməsi təbiidir”. 

KXCP sədri onu da vurğuladı ki, bəzi adamların özlərindən müştəbehlik edərək Türkiyəni Rusiyadan üzr istəməyə çağırması yanlışlıqdır, bağışlanmaz səhvdir, xəyanət dərəcəsində hərəkətdir.  

AXP sədri Pənah Hüseyn bildirdi ki, Azərbaycan təyyarə hadisəsi ilə bağlı beynəlxalq hüququn yanında olmalıdır. Beynəlxalq hüquq da bu məsələdə daha çox Türkiyənin mövqeyini dəstəkləyir: “Rusiya ilə Türkiyə arasında gərginliyin aradan qaldırılması üçün Azərbaycanın vasitəçilik rolu oynaya bilmək imkanlarından istifadə olunması doğru olar. Azərbaycanın Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginləşməsindən narahat olması təbiidir. O baxımdan da mən hakimiyyətdən vasitəçilik istiqamətində açıqlamaları xeyli dərəcədə səmimi hesab edirəm”.

Azərbaycanın vasitəçiliyinin nəticə verib-verməyəcəyi məsələsinə gəldikdə isə P.Hüseyn dedi ki, nə mümkündürsə onu eləmək zəruridir. Bütün mümkün addımlar atılsa müəyyən müsbət təsirləri ola bilər. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar