Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan XİN Nalbəndyanın cavabını verdi


Terrorism Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir və Ermənistan Respublikası terroru dəstəkləyən dövlətdir.


AzNews.az-ın məlumatına görə, bu barədə Azərbaycan XİN Mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri E.Nalbəndyanın 24 oktyabr 2014-cü il tarixində mətbuat konfransında səsləndirdiyi fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan xüsusi xidmət orqanlarını törətdiyi terror aktları tam şəkildə sübut olunub: 

"Ermənistanın xüsusi xidmət orqanlarının bilavasitə dəstəyi və iştirakı ilə 80-ci illərin sonundan başlayaraq, Azərbaycana qarşı 30-dan artıq terror-təxribat əməli törədilmişdir. Bu terror əməllərinin Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilməsi əməliyyat-istintaq yolları ilə tam şəkildə sübut olunub. 

19 mart və 3 iyul 1994-cü il tarixində Bakı metrosunda Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilmiş terror aktları ilə məhz Ermənistan dünyada metro nəqliyyatında terrorun əsasını qoyub. Ermənistan xüsusi xidmət orqanlarının bu ənənələri əsasında 10 il sonra Madrid və London metrolarında terror aktları törədilib. 

Ermənistan dünyada yeganə ölkədir ki, faşist müharibə cinayətkarı “general Dro” və qatı terrorçu Monte Melkonyan Ermənistanın milli qəhrəmanları elan edilmiş və onların şərəfinə Yerevanda abidələr qoyulub. 

Dünyada terrorizmə qarşı mübarizədə “erməni terrorizmi” (Armenian terrorism) və onun “modus operandi”si xüsusi bir sahə kimi öyrənilir.

Tarixdən danışan Ermənistan xarici işlər nazirinə XİX əsrdən başlayan daşnak erməni terrorizmi, hələ Çar Rusiyasının 12 iyun 1903-cü il tarixli qərarı, beynəlxalq terrorun tərkib hissəsi olan və Ermənistanın xüsusi xidmət orqanlarının tərkibinə keçən ASALA terrorunu xatırlatmaq lazımdır.

Azərbaycan Respublikası bu gündə Ermənistan tərəfindən dövlət səviyyəsində aparılan terrorizm və beynəlxalq terrorizmlə üz-üzədir və Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə verdiyi töhfələri dünya birliyi tərəfindən layiqincə qiymətləndirilir". 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar