Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan deputatının hazırladığı qətnamə ATƏT-də qəbul edilib


Ermənistan nümayəndə heyəti rəhbərinin “ATƏT regionunda dövlətlərarası münasibətlər kontekstində Helsinki prinsiplərinə sadiqlik” qətnaməsinə təklif etdiyi dəyişikliklər dəstəklənməyib



ATƏT Parlament Assambleyasının sessiyasında “ATƏT regionunda dövlətlərarası münasibətlər kontekstində Helsinki prinsiplərinə sadiqlik” adlı qətnamə layihəsi qəbul olunub.
 
APA-nın məlumatına görə, layihə qurumun Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyev tərəfindən hazırlanıb. ATƏT PA-nın bu gün keçirilən iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyanın layihəyə təklif etdiyi heç bir dəyişiklik dəstəklənməyib və layihəyə olduğu kimi qəbul edilib.
 
Sənəddə ATƏT-in müxtəlif regionlarında, əsasən də Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada davam edən münaqişələrdən narahatlıq ifadə olunur. Bildirilir ki, ATƏT regionundakı bu münaqişələr həmin ölkələrin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə xələl gətirir, demokratik islahatları və bu ölkələrin dayanıqlı inkişafını çətinləşdirir, regional əməkdaşlıq və inkişafa mane olur. Qeyd olunur ki, Helsinki prinsiplərinə tam sadiqlik münaqişələrin sülh yolu ilə həllinə, silahlı münaqişələrin qarşısının alınmasına, ölkələr arasında münasibətlər zamanı qanunun aliliyinə hörmətlə yanaşılmasına, beynəlxalq və regional səviyyədə sülhün daha effektiv dəstəklənməsinə təkan verəcək.
 
 
ATƏT PA münaqişə tərəflərinin BMT Təhlükəsizlik Şurasının və digər təşkilatların müvafiq sənədlərini həyata keçirməsi və onlara əməl etməsinin vacibliyini qeyd edir, ATƏT-in müxtəlif regionlarında mövcud münaqişələrin siyasi həlli ilə bağlı dayanıqlı proqresin olmamasından təəssüflənir, münaqişələrin həllinin təşkilatın, o cümlədən “Helsinki+40” prosesinin  bir nömrəli prioriteti olduğu vurğulanır.
 
Sənəd 19 maddədən ibarətdir.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar