Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan dilinin yeni qrammatikası yazılacaq


Gələn ildən Azərbaycan dilinin qrammatikasının təkmilləşdirilməsi üçün işlərə başlamaq nəzərdə tutulur


Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktor əvəzi Möhsün Nağısoylu deyib.
 
Onun sözlərinə görə, qrammatika müasir elmi tələblər səviyyəsində qurulmalıdır: “Üç cilddə olan Azərbaycan dilinin qrammatikası sonuncu dəfə 1980-ci illərdə nəşr edilib. Həmin dövrdən sonra elmi səviyyə yüksəlib, elmi tələblər artıb. Ona görə də düşünürəm ki, Azərbaycan dilinin elmi qrammatikası yenidən işlənib hazırlanmalıdır”.
 
M.Nağısoylu qeyd edib ki, Azərbaycan dilinin qrammatikasının bütün bölmələri yenidən işlənməlidir.
 
Onun sözlərinə görə, fonetikada ciddi dəyişiklik olmayacaq. Amma morfologiya, sintaksis, üslubiyyat, nitq mədəniyyəti bölmələrində ciddi dəyişikliklərin olacağı gözlənilir: “Çünki bu sahə üzrə yeni araşdırmalar var. Ona görə də düşünürəm ki, dilçilik elminin yeni nailiyyətləri orada öz əksini tapmalıdır. O zaman qrammatika yazılanda bu sahələr bu şəkildə inkişaf etməmişdi. Digər tərəfdən, o zaman müəyyən məhdudiyyətlər vardı. İndi isə müstəqil dövlətik. Çalışacağıq ki, Azərbaycan dilinin qrammatikasını başqa türkdilli xalqların qrammatikası ilə uyğunlaşdıraq, ortaq nöqtələrə gələk”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar