Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan filmi İranda festivalda


İran İslam Respublikasının paytaxtı Tehran şəhərində 9-cu “Ruyesh” Beynəlxalq Qısametrajlı Film Festivalı öz işinə başlayıb


Festivalda Azərbaycanı “Yol” filmi təmsil edir.

PİA.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, filmin rejissoru Fehruz Şamıyev deyib ki, festivalda iştirak edən filmlər üç əsas - beynəlxalq, yerli və müsəlman ölkələri proqramında yarışır. “Yol” filmi isə 10 ekran əsərinin iştirak etdiyi “müsəlman ölkələri” proqramında yer alıb. Festivala maraq çox böyükdür.

Film “Cinema Azadi” kino mərkəzində nümayiş olunub.

Qeyd edək ki, festivalda İranın dünyaca məşhur aktrisası Leila Hateminin rol aldığı “Pulsuz” filmi də nümayiş olunacaq, kino xadimlərinin master-klassları keçiriləcək. Festivalın bağlanışı və qaliblərin mükafatlandırılması fevralın 27-də olacaq.

Məlumat üçün bildirək ki, “Doğulduğun yerdə ölməli...” sloqanı ilə təqdim edilən “Yol” filmi Elçin Hüseynbəylinin “Gözlərimə gün düşür” hekayəsinin motivləri əsasında çəkilib. Ekran əsəri “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi və “ÖZ” prodakşnda Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran” müsabiqəsinin qalib layihələrindən biri kimi lentə alınıb.

Filmin süjet xəttinə gəlincə, Qarabağda doğulmuş, uzun müddət Bakıda yaşayan professor ölüm ayağında doğulduğu kəndə gedir. Ermənilər tərəfindən işğal olunmuş kənd xarabalığa çevrilib. Professor arzusuna çatmaq üçün minalanmış sahəni keçərək öz kəndinə gəlir. Amma burada ermənilər tərəfindən əsir götürülür və hadisələrin ən maraqlı anları bundan sonra başlayır. Film Qarabağ müharibəsi haqqında sizin görmədiyiniz və eşitmədiyiniz savaş həqiqətini əks etdirir.

Qısametrajlı filmin ssenari müəllifləri Fehruz Şamıyev, Elçin Hüseynbəyli, operatoru Rəşad Nuriyev, bəstəkarı Firudin Allahverdidir.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar