Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan hökuməti bank sektoruna dəstək verəcək

Azərbaycan hökuməti bank sektoruna dəstək verəcək - "Moody’s" proqnoz verdi


Azərbaycanın bank sektoru üçün proqnozlar neqativ olaraq qalır

APA xəbər verir ki, bu barədə Bakıda keçirilən "Moody’s" beynəlxalq reytinq agentliyinin kredit risklərinə dair illik konfransında agentliyin MDB ölkələri üzrə vitse-prezidenti Mariya Malyukova deyib. Onun sözlərinə görə, yaxın perspektivdə yenidən devalvasiya baş verməzsə, bank sektorunda müəyyən qədər sabitləşmə gözləmək olar: "2016-cı ildə Azərbaycanın ÜDM artımının 3,3% azalması gözlənilir. Manatın devalvasiyası bank sektoruna mənfi təsir edib: inflyasiyanı artırıb, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Büdcədə nəzərdə tutulan xərclərin, o cümlədən kapital qoyuluşlarının azalması bank sektoruna təsir edir. Biz kreditləşmədə mənfi tendensiyanı müşahidə edirik. Ölkənin makroiqtisadi vəziyyəti bank sektoruna mənfi təsir edir. Bu ilin I rübündə Azərbaycanın bank sektorunun kredit portfeli 9% azalıb".

"Moody’s" nümayəndəsi Azərbaycanda dollarlaşma səviyyəsinə də toxunub: "Azərbaycanda 2016-cı ildə 4,5-5% kredit itkiləri proqnozlaşdırılır. Baş verən devalvasiyaya qədər xarici valyutada əmanətlərin həcmi 50% təşkil edirdi. Devalvasiyadan sonra xarici valyutada əmanətlərin həcmi 82% təşkil edib ki, bu da MDB-də ən yüksək göstəricidir. Dollarlaşmanın yüksək olması, aktivlər və passivlər arasında fərqi genişləndirir, valyuta risklərini artırır". Onun sözlərinə görə, agentliyin mütəxəssisləri hesab edir ki, dövlət bank sektoruna, xüsusilə də depozit portfelinin həcmi böyük olan banklara birbaşa dəstək göstərəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar