Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan iqtisadiyyatı 2015-ci ildə...

Qubad İbadoğlunun şərhi


Hətta statistik göstəricilərin də pisləşməsinə baxmayaraq hökümət hələ də "kürəyini günə verməklə" məşğuldur.

Azərbaycan Demokratiya və Rifah Hərəkatı 10 gün bundan əvvəl təqdim etdiyi "İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər" Paketinə rəsmilərdən cavab gözləyir.

Ötən il Azərbaycan iqtisadiyyatında formalaşmış Ümumi Daxili Məhsulun (ÜDM) nominal həcmi 2012-ci il səviyyəsinə yaxın 54,35 milyard manat olub.

Ötən il bu qeyri-neft ÜDM-i onun statistik tarixində, 2000-ci ildən bəri ən aşağı səviyyədə artım nümayiş etdirib. Belə ki, 2015-ci ildə ölkədə qeyri-neft ÜDM-i cəmisi 1,1 faiz artıb. Xatırladım ki, qeyri-neft ÜDM bir göstərici kimi 2000-ci ildən etibarən hesablanmağa başlayıb.

Ötən il Azərbaycanda əsas kapitala investisiya 10,9 faiz aşağı düşüb və 16 milyard manat təşkil edib ki, bu da 2012-ci ilin səviyyəsinə münasibdir.
2015-ci ildə ölkədə formalaşmış büdcə gəlirləri 2011-ci ilə səviyyəsindən də aşağı olub. Belə ki, ötən il dövlət büdcəsinin gəlirləri 15,4 milyard manat təşkil edib. 2015-ci ilin ilin yalnız dekabr ayında xərclənən büdcə vəsaiti özündən əvvəlki ilin eyni dövrü ilə müqayisəsində 2 dəfədən çox az olub.

Azərbaycan Respublikasının tədiyə balansının cari hesabı son 10 ildə ilk dəfə 2015-ci ilin ikinci rübündə defisitə keçib. Baxmayaraq ki, 2013-cü il ərzində cari hesabın saldosu müsbət 12,3 milyard manatı ötmüşdü. Lakin, 2014-cü ilin ikinci yarısından etibarən neftin qiymətlərində kəskin azalmalar isə tədiyə balansının parametlərinin mənfiyə doğru yönəlməsinə gətirib çıxarıb.

Mərkəzi Bankın məlumatına görə, ötən ilin sonunda 2000-ci illə müqayisədə manatın nominal effektiv məzənnəsi 2006-cı il, manatın real effektiv məzənnəsi isə 2007-2008-ci illər səviyyəsinə enib.

Mərkəzi Bankın digər məlumatına görə, 2015-ci ilin sonuna manatla geniş pul kütləsi azalaraq 2011-ci il səviyyəsinə yaxınlaşıb.

Ötən ilin sonunda cəmi depozitlər 23 milyard 463 milyon manat olub ki, onun da 18 faizini manatla, 82 faizini isə xarici valyuta ilə əmanətlər təşkil edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar