Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan kanallarında məhdudiyyət qoyulacaq - Saatı və səbəbi


Azərbaycanda telekanallarda “16+” yaş kateqoriyası üçün nəzərdə tutulan qorxu məzmunlu informasiyaların yerli vaxtla saat 7-dən 21-dək, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaların, eləcə də erotik məzmunlu informasiyaların yerli vaxtla saat 6-dan 23-dək yayımına məhdudiyyət qoyulacaq


PİA.AZ-ın Trend-ə istinadən məlumatına görə, bu məsələ Milli Məclisdə I oxunuşda qəbul edilən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə görə, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyalara zorakılığı və qəddarlığı, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu, pornoqrafik xarakterli informasiyalar aiddir.

Teleradio yayımı vasitəsi ilə "Universal", "6-", "6+" və "12+" yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımlanmasına isə vaxt məhdudiyyəti qoyulmayacaq.

Layihədə müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınmaqla informasiya məhsulunun yaş kateqoriyasına uyğun təsnifatı da aparılıb.

Bu təsnifata uyğun olaraq, "Universal" yaş kateqoriyasına aid edilən informasiyaların istənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmayacaq.

"6 yaşadək" yaş kateqoriyasına aid olan infromasiyaların 6 yaşı tamam olmamış uşaqlar, "6 yaşdan" yaş kateqoriyasına aid olan infromasiyaların 6 yaşı tamam olmuş uşaqlar, "12 yaşdan" yaş kateqoriyasına aid olan infromasiyaların 12 yaşı tamam olmuş uşaqlar, "16 yaşdan" yaş kateqoriyasına aid olan infromasiyaların 16 yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol veriləcək.

"18 yaşdan" yaş kateqoriyasına aid olan infromasiyaların uşaqlar arasında dövriyyəsinə yol verilməyəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar