Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan kitabları London sərgisində - Fotolar


Aprelin 14-dən 16-dək Londonda növbəti beynəlxalq kitab sərgisi keçirilib


Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Böyük Britaniyadakı səfirliyimizin dəstəyi ilə sərgidə ölkəmiz də təmsil olunub. 
 
Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a verilən məlumata görə, sərgi ekspozisiyasında Qız qalasının təsviri olan 40 kvadratmetrlik sahədə qurulmuş stendimiz xüsusi tərtibatı ilə diqqət çəkib. Burada Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Tərcümə Mərkəzinin, “Qələm”, “Radius”, “Altun kitab” nəşriyyatlarının nəşrləri, ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağa həsr edilmiş kitab və reklam çap məhsulları nümayiş olunub.
 
Maraqlananlara ölkəmizin coğrafi mövqeyi, mədəniyyəti, tarixi, tolerantlıq ənənələri, turizm imkanları, Azərbaycanın ev sahibliyi edəcəyi I Avropa Oyunları, bu il keçiriləcək IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası haqqında məlumat verilib, kitablar hədiyyə edilib. 
 
Monitorda Azərbaycanın gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş etdirilib.
 
Stendə Azərbaycan mədəniyyətinin himayədarı, Heydər Əliyev Fondunun prezidenti UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətlərindən bəhs edən nəşrlərə də xüsusi yer ayrılıb. 

1971-ci ildən başlayaraq mütəmadi şəkildə hər il təşkil olunan London sərgisində bu il Avropa ölkələrindən, eləcə də ABŞ, Kanada, Yaponiya, Çin, Koreya Respublikası, Səudiyyə Ərəbistanı, Hindistan və Türkiyədən 500-ə yaxın dövlət və özəl nəşriyyatlar iştirak edib. Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 2009-cu ildən ölkəmizi London beynəlxalq kitab sərgisində təmsil edir.
 
pia.az




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar