Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan müxalifəti ABŞ-dakı seçkiyə niyə laqeyddir?


Razi Nurullayev: “Onların gündəmində müxalifəti maraqlandıracaq məqamlar yoxdur”


Texas ştatının senatoru Ted Kruz İndiana ştatındakı ilkin seçimlərdə məğlub olduqdan sonra artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq uğrunda mübarizə aparmayacağını bildirib. T.Kruz “artıq qələbəyə gedən yolum bağlıdır” deməklə qərarını çatdırıb.

Qeyd edək ki, T.Kruz milyarder Donald Trampın əsas rəqibi idi. Onun mübarizədən çəkilməsi isə o deməkdir ki, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd məsələsində D.Trampı artıq praktiki olaraq mütləq qalib saymaq olar.

Eyni zamanda ABŞ telekanallarının hesablamalarına görə, Vermont ştatının senatoru Berni Sanders Demokratlar Partiyasının İndiana ştatındakı praymerizində Hillari Klintonu üstələyir. Səslərin təxminən 70%-nin hesablanması ilə B.Sanders keçmiş dövlət katibini 7% qabaqlayır.

Amma bu ilkin seçimdəki qələbənin B.Sandersin Demokratlar Partiyasından ABŞ prezidenti olmağa namizəd kimi seçilməsinə yardım edəcəyi ehtimalı çox aşağıdır. Çünki H.Klintona çatmaq praktiki olaraq qeyri-mümkün görünür.

Artıq dünyanın əksər siyasi təhlilçiləri ABŞ prezidentliyi uğrunda mübarizənin Hillari Klintonla Donald Tramp arasında gedəcəyinin şübhəsiz olduğunu bildirirlər. 

Azərbaycan mediasında da ABŞ-dakı seçkilər izlənilir. Lakin diqqəti cəlb eləyən başqa bir məqam da var. Azərbaycanın müxalifət partiyaları ABŞ-dakı seçki mübarizəsinə bundan əvvəlki zamanlarda keçirilmiş seçkilərlə müqayisədə çox az maraq göstərir. ABŞ-da prezident seçkilərinə Azərbaycanda, əsasən də müxalifət düşərgəsində əvvəllər çox ciddi maraq olardı.  Hətta konkret namizədi sanki burda prezident seçilir kimi dəstəkləyirdilər. Bəs maraqlıdır, budəfəki seçkilərə nədən əvvəlki diqqət yoxdur?

Siyasi ekspert, Yeni AXCP-nin sədri Razi Nurullayev də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, doğrudan da Amerikada keçirilən prezident seçkilərinin Azərbaycanda keçirilən prezident seçkiləri qədər önəmi olurdu. Hər kəs bundan yazır və bundan danışardı. İndi doğrudur ki, bu yoxdur. Bu vəziyyətin isə səbəbləri var: “Şəxsən mən demək olar ki, ABŞ-da prezident seçkilərini yaxından izləyirəm və hər gün bu haqda bir neçə yerli və xarici mənbələrdən oxuyuram. Bu barədə danışmamağımızın, müxalifətdə əvvəlki marağın olmamasının bir neçə səbəbi var. Birinci səbəb odur ki, hələ konkret namizədlər müəyyən edilməyib. Respublikaçılar və Demokratlar iyun ayında namizədlərini rəsmən  irəli sürəndən  sonra yəqin ki, Azərbaycan müxalifəti də, necə deyərlər, ”seçim"ni edəcək. Açıq görünür ki, Respublikaçılardan Donald Trump, Demokratlardan isə Hillari Klinton favoritdir. Amma “çıxmayan cana ümid çoxdur”. İyunu gözləyək və ondan sonra fikrimizi deyərik.

İkinci səbəb isə prezident seçkilərində iştirak edən favorit namizədlərin daha çox ABŞ-ın daxili siyasətinə və eyni zamanda geopolitik məsələlərə yer ayırmasıdır. Onların gündəmində Azərbaycan müxalifətini maraqlandıracaq məqamlar yoxdur. Əgər onlar demokratik inkişaf, ölkələrə azadlıq, rejimlərin dəyişdirilməsi və Amerikanın demokratiya, azad seçki mübarizəsi aparanların yanında olduğunu söyləsəydilər, yəqin ki, müxalifətin diqqətini çəkərdilər. Həmin namizədlər isə hələ ki bir-birilərinin paxırlarını açmaqla, müsəlman dünyası ilə bağlı açıqlamalarla, Rusiyanı yıxıb-sürüməklə, Amerikanı daha böyük etməklə və Suriya ilə bağlı məsələlərlə gündəmdədirlər. Azərbaycan müxalifəti görür ki, demokratiyanın yayılması kimi mövzulara o namizədlər yer ayırmırlar". 

Üçüncü səbəbə gəlincə, R.Nurullayev qeyd etdi ki, müxalifətin favorit namizədləri daha yaxından tanıması ABŞ-dakı seçkilərə marağı azaldıb: “Donald Trampın Bakıdakı obyekti ”lenti kəsilməmiş" qalıb. Qalmaqallarla gündəmdə olur və onun əsas qayəsi Amerikanı super gücə çevirməkdir. Bu baxımdan Donald Trampın Azərbaycanın siyasi elitası ilə yaxın münasibətlər qurması qaçılmazdır. Zatən Respublikaçılar hər zaman siyasi iqtidarları dəstəkləyirlər. Hillari Klintona gəldikdə isə o artıq bir neçə dəfə hakimiyyətdə olub. Birinci xanım və ABŞ-ın dövlət katibi qismində. Həmin zamanlarda Azərbaycanla bağlı müəyyən işlər görüb, ölkəmizdə səfərdə olub. Amma Azərbaycan müxalifəti onu “dişli” siyasətçi kimi tanımır. O prezident olarsa, Azərbaycanın siyasi hakimiyyəti ilə əlaqələri kəsmək və onları dəyişmək kimi niyyəti yoxdur. Bu da əsas verir ki, biz müxalifət olaraq böyük xəyallar qurmayaq və ümidimizi okeanın o tayına yox, elə ətrafımızda olan xalqımıza bağlayaq".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar