Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan neftinin “qaymağını“ yeyən Anar Əliyevin kimliyi bəlli oldu


Hesabatda adı keçən Anar Əliyev Rövnəq Abdullayevin dayısı oğlu çıxdı


İngiltərənin Global Witness  təşkilatı  Azərbaycan  Dövlət Neft Şirkəti (SOCAR)  haqqında  qalmaqallı hesabat yayıb.

Global Witness tərəfindən dünən  dərc olunmuş “Anonim Azərbaycan” adlı yeni hesabatda Avropanın başlıca enerji təchizatçısı olan Azərbaycanın neft sənayesində gizli fiqur kimi çıxış edən Anar Əliyev adlı şəxsin adı çəkilib. Hesabatda bildirilir ki, çox az sayda insan tərəfindən tanınan Anar Əliyev Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə ən azı 48 yüksək mənfəətli sövdələşmədə iştirak payına malikdir. Bunlardan yalnız birində Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan Socar Trading SA şirkətindən Anar Əliyevin qazancı 100 milyon dollardan artıq olub. Hesabatda  Anar Əliyevin biznesi neftlə kifayətlənmədiyi bildirilir. Global Witness Anar Əliyevlə bağlı şirkətlərin çoxmilyardlı Bakı Ağ Şəhər layihəsində də yer adığını göstərir. Onun sahibi olduğu UGE şirkəti Ağ Şəhər layihəsində 99 faiz paya sahibdir.

Global Witness də öz araşdırmasında Anar Əliyevin kimliyini sual edir. 

Avropa.info hesabatda adı keçən Anar Əliyevin kimliyi ilə bağlı ilginc məlumat əldə edib. Araşdırmamız nəticəsində bəlli olub ki, 1978-ci ildə Naxçıvan şəhərində anadan olan Anar Əliyev, ARDNŞ prezidenti Rövnəq Abdullayevin doğma dayısı oğludur. Anar Əliyevin atası Nüsrət Əliyev SOCAR prezidentinin dayısıdır. Bundan əlavə hesabatda adı keçən Anar Əliyevin qardaşı Nihat Əliyev hal-hazırda SOCAR-ın satış direktorudur.

Qeyd edək ki, Global Witness  təşkilatı  SOCAR-ın iştirak etdiyi sövdələşmələrin şəffaf olmadığını bildirir. Məhz bu səbəbdən də hesabatda Anar Əliyevin adı çəkilir. 

"Anar Əliyevə məxsus şirkətlər Azərbaycanın neft sənayesi ilə bağlı iştirak etdikləri sövdələşmələrdən 375 milyon ABŞ dollar dəyərində mənfəət qazandıqlarını açıqlamışlar. Lakin Global Witness bu şirkətlərin müvafiq tender prosesi vasitəsilə seçilməsini təsdiq edən heç bir sübuta rast gəlməyib. 

 - Misal üçün qeyd edək ki, Anar Əliyev ARDNŞ-ın neftin satışı üzrə İsveçrədə yaradılmış törəmə şirkəti olan Socar Trading-ə etdiyi cəmi 5 milyon ABŞ dollar yatırımdan 118 milyon ABŞ dollar dəyərində mənfəət əldə edib. Bu şirkətin Socar Trading-də hansı yolla iştirak payı əldə etməsi tam olaraq açıqlanmır. 

-  ARDNŞ-la tərəfdaşlıq edən bir çox şirkətlərin səhmdarları açıqlanmadığından Azərbaycanın neft sənayesində mövcud bir sıra sövdələşmələrdən əslində kimlərin mənfəət əldə etməsi məlum olmur. 

-  ARDNŞ-ın Dubayda Socar International DMCC adı altında neft satışı üzrə yaratdığı törəmə şirkətin 50%-i adları gizli saxlanan səhmdarlara məxsusdur."


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar