Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan niyə parlamentli respublika idarəçiliyini seçmir?


Qabil Hüseynli: “Belə bir şəraitdə yəqin ki, prezident üsul-idarəsi daha səmərəli sayılır”


Cənubi Qafqazın Gürcüstandan sonra daha bir ölkəsi-Ermənistan da prezident üsul-idarəçiliyindən parlament üsul-idarəçiliyi sisteminə keçmək istəyir. 

Gürcüstanda bu addım hələ Mixail Saakaşvilinin prezidentliyi zamanında reallaşdırılıb. İndi isə Ermənistan hakimiyyəti bunu həyata keçirmək istiqamətində ilkin addımlar atmağa başlayıb. Cənubi Qafqazın üç ölkəsi sırasında ən güclüsü sayılan Azərbaycanda isə parlamentli respublika üsul-idarəçiliyinə keçiləcəyini demək üçün hazırda heç bir əsas yoxdur. Dəfələrlə bu məsələ müxalifət tərəfindən qaldırılsa da, hakimiyyətin prezident üsul-idarəsini dəyişmək fikrində olmadığı ortadadır.   

Hakimiyyətin buna getməməsinin səbəblərinə gəlincə, siyasi ekspertlər bir sıra səbəblərin olduğunu bildirirlər. 

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, daxili problemləri çox olan, xüsusilə daxildə separatizmlə üzləşmiş, müharibələrə cəlb edilmiş ölkələrdə hakimiyyətin mərkəzləşdirilməsi səmərəli olur. Bir adamın hakimiyyəti, prezident üsul-idarəçiliyi belə vəziyyətlərdə səmərə verir. Amma əgər dövlət müəyyən bir səviyyəyə gəlib çatıbsa, daha çox demokratiyanın olmasını istəyirsə, idarəçilik sistemində daha çox əhalinin rəyini eşitmək istəyirsə, parlamentli respublika idarəçiliyi bu zaman daha səmərəli olur.

Parlamentli respublikada “hakimiyyətin mənbəyi xalqdır” tezisi daha geniş şəkildə həyata keçirilir. Çünki belə olduqda əhalinin seçdiyi deputatın və xalqın rəyi ilə formalaşmış parlamentin dövlət idarəçiliyindəki tənzimləyici və istiqamətləndirici rolu mütləq həddə çatır: “Xalqın formalaşdırdığı parlament və parlamentin formalaşdırdığı hökumət səmərəli işləmirsə, onu xalq seçkidə dəyişir. Parlamentli respublika idarəçiliyində xalq istədiyini hökumətə gətirir, istəmədiyini hökumətdən uzaqlaşdırır. Beləliklə də idarəetmə prosesi xalqın özü tərəfindən tənzimlənir. Parlamentar respublika daha çox demokratiya deməkdir, daha çox insan haqları deməkdir. Bu nöqteyi-nəzərdən əgər ölkənin ciddi problemləri yoxdursa, ölkə əgər ciddi problemlərlə, separatçılıqla, müharibə ilə baş-başa deyilsə, parlamentli idarəetmə sisteminə keçid düzgün yol olaraq seçilir. 

Azərbaycanın torpaqları işğaldadır, müharibə hələ bitməyib. Belə bir şəraitdə yəqin ki, prezident üsul-idarəsi daha səmərəli sayılır, hakimiyyətin vahid əldə cəmləşməsi daha effektli görünür. Buna görə də parlamentli respublika üsul-idarəçiliyinə gedilmir".  
 
Qonşu ölkələrə gəlincə, politoloq qeyd etdi ki, Ermənistanın parlamentli respublika quruluşuna keçid istiqamətində müəyyən addımlarında səmimi demokratiya arzusu yox, prezident Sərkisyanın şəxsi marağı rol oynayır: “Məncə, Ermənistanda parlamentli respublika idarəçiliyinə keçid Serj Sərkisyanın prezidentlikdən sonra baş nazir olmaq arzusu ilə bağlıdır. 

Gürcüstanda isə Mixail Saakaşvili parlamentli respublika quruluşuna demokratiyanın inkişafı, xalqın demokratik proseslərə, idarəçiliyə təsirinin artması üçün keçmişdisə, Serj Sərkisyanın məqsədi başqadır, şəxsi məqsədini reallaşdırmaq üçündür".(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar